Maraqlı

Kişi həyat yoldaşına “səndən narazıyam” deyirsə...

24 May 2018 22:40
4 Şərh     Baxış: 3 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişi öz həyat yoldaşına "mən səndən narazıyam" deyirsə, qadının tutduğu oruc və qıldığı namazlar qəbul olurmu?

Həqiqətən, müqəddəslərimizn bəzi hədislərində öz ərini qəzəbləndirmiş və narazı salmış qadının, ərindən halallıq və bağışlanma almayınca ibadətlərinin qəbul edilmədiyi vurğulanır.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma konkret həyat hadisələrinə gəlincə, əvvəla, kimin ibadətinin qəbul olub-olmadığını Allah bilər. Elə hallar ola bilər ki, kişi tam haqsız halda öz arvadından narazılıq etmiş olsun. Hər bir halda, qadın ümiddən düşməməli, ərinin haqqını qoruyaraq, onu razı salmağa çalışmalıdır, ibadətlərini da mütləq davam etdirməlidir. Dinimizin qadından istədiyi budur ki, Allahın buyurduqlarına zidd olmadıqca öz ərinin sözünə qulaq assın və onu qəzəbləndirməsin. Etiraz etmək lazım gələrsə, bunu xoşluqla, səmimi şəkildə, kobudluğa yol vermədən etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.