Maraqlı

"Titanik"də ilk naharın menyusu 140 min dollara satılıb

22 Aprel 2018 11:13
0 Şərh     Baxış: 1 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Titanik" gəmisinin göyərtəsində verilən ilk naharın menyusu ötən gün Britaniyada keçirilən hərracda 140 min dollara satılıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hərrac Uiltşir qraflığının Devitses şəhərciyində "Henri Oldric end san" hərrac evi tərəfindən təşkil olunub.

Satılan menyuda 2 aprel 1912-ci il tarixində texniki heyətə verilən yeməklərin siyahısı yazılıb.

Orada mal əti bulyonu və toyuq supu, qızardılmış toyuq, əsas yemək qismində quzu əti və ya ispanaqlı donuz əti, noxud, gül kələmi və qarnir kimi qaynadılmış kartof, pudinq, kral armudu və piroq, həmçinin kofe var.

Qəzadan sağ çıxmış zabit meyunu gəmi yola düşməmişdən əvvəl həyat yoldaşına verib.

Menyu britaniyalı kolleksiyaçı tərəfindən alınıb. Adı açıqlanmır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.