Maraqlı

Kaybedenler Kulübü 2 - əxlaqsızlıq və xəyanətin təbliği,yoxsa ...? -FOTO

14 Aprel 2018 15:48
0 Şərh     Baxış: 1 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprel ayının 12-dən etibarən "Kaybedenler Kulübü Yolda ( 2)" filminin Bakıdakı kinoteatrlarda nümayişi başlayıb. Film Mart ayının 16-dan Türkiyədə təqdim olunsa da, Bakıya aprel ayında nümayiş olunub.

Birinci hissədə olduğu kimi, filmin ikinci hissəsində də şüuraltı təsir güclüdür. Söyüşdən və əxlaqsız səhnələrdən ibarət olan film nişanlı, evlənmək ərəfəsində olan qızın ilk dəfə gördüyü oğlana "aşiq" olub, onunla dəfələrlə yatması, sonra da nişanlısına qayıdıb, onunla ailə qurmasından bəhs edir.

Göründüyü kimi, filmdə xəyanət şüuraltı olaraq insanların beyninə yeridilir və normal imiş kimi təqdim olunur.

Lakin qızdan fərqli olaraq filmin qəhrəmanı Kaan "mərd" obrazda çəkilərək, yatdığı qızın ailəli olduğunu bildikdən sonra ona toxunmur.

Filmdəki sevişmə səhnələri isə digər erotik filmlərdən daha da açıq və ədəbsizdir.

Buna rəğmən filmdə maraqlı sözlər və fikirlər səsləndirilib.

Qeyd edim ki, filmin Türkiyədəki təqdimatı zamanı baş rol aktyorları qala gecəsinə içkili qatılıb, Kerem Fırtına isə kinoteatrda tanış olduğu qızla film bitənə qədər sevişib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.