Maraqlı

"Arvadım və iki qadınla yaşayıram, 30 qadını da sevirəm" - FOTO

26 May 2018 23:58
28 Şərh     Baxış: 29 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eşq, məhəbbət, kişi və qadın arasında münasibətlər dar çərçivədə olan məsələlər deyillər. Mənim ürəyim genişdir, çox qadına yer var".

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Avstraliyada yaşayan milyarder, İnstagram-ın ən qalmaqallı "ulduz"larından sayılan 46 yaşlı Travers Beynon belə deyir.

Tütün məmulatları satışında yerli maqnat olan Travers özünü "Candyman", yaşadığı böyük və superlüks malikanəni isə "The Candy Shop Mansion" adlandırır.

Onun sözlərinə görə, malikanəsində 27 yaşlı xanımı Teşa, habelə qeyri-rəsmi nikahda olduğu sevgililəri - 22 yaşlı Nişa və 21 yaşlı Kristellə birlikdə yaşayır.

Həftəsonları isə o, malikanəyə 30 qadını dəvət edir.

"Həftəsonları partilərində əməlli-başlı əylənirik, sevişirik. 33 qadınla bir yerdə yarıçılpaq əyləncədən həzz alıram. Seksual həyatımız ekstremaldır", - avstraliyalı milyarder söyləyib.

Onun sözlərinə görə, 8 il əvvəl ailə qurduğu xanımı da həyatından razıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.