Maraqlı

Range Rover-dən yeni rekord: Ferrari-ni geridə qoydu - VİDEO - FOTO

14 Mart 2018 12:26
0 Şərh     Baxış: 2 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın Land Rover avtokonserninin istehsal etdiyi Range Rover Sport SVR modeli yeni rekord vurub.

Milli.Az bildirir ki, Çindəki Tyanmen dağının zirvəsinə aparan, dünyanın ən təhlükəli və riskli yollarından hesab olunan 11,3 km uzunluğundakı aşırımda Range Rover Sport SVR modeli İtaliyanın Ferrari konserninin istehsalı olan Ferrari 458 Italia modelini sürət baxımından üstələyib.

Hazırda istehsal edilən Land Rover-lər arasında ən sürətlisi olan Range Rover Sport SVR-i test zamanı peşəkar çinli ralliçi Ho-Pin Tun idarə edirdi.

O, 11,3 kilometrlik dolanbac, 99 döngəli yolu 9 əqiqə 51 saniyəyə qət edib.

Bununla da iki il əvvəl italyan ralliçi Fabio Baronenin Ferrari 458 Italia-nın sükanı arxasında müəyyənləşdirdiyi 10 dəqiqə 31 saniyəlik rekord yenilənib.

Land Rover konserni ötən həftə Cenevrədəki beynəlxalq avtosalonda Range Rover SV Coupe-ni təqdim etmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Range Rover-dən yeni rekord: Ferrari-ni geridə qoydu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.