Maraqlı

Milli bacıların hərəsi bir "rəng"dədir - FOTO

13 Mart 2018 15:40
1 Şərh     Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11 yaşlı əkiz bacılar Marsiya və Milli Biqsləri "hərəsi bir rəngdə olanlar" adlandırırlar. Bacılar bu zarafatdan incimirlər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Marsiya Milli Mec ağdərili, mavi gözlü, sarışındırsa, Milli Marsiya Mecqaradərili, qonur gözlü, qarasaçdır.

Onların ataları yamaykalı, anaları isə ingilisdir.

Ekspertlərin dediklərinə görə, belə hal unikaldır və hər 10000 min doğuşdan birində baş verə bilir.

Bacıların dediklərinə görə, zarafatları qəbul etsələr də, aşağılamalara dözmürlər.

"Bizi görəndə rəfiqə sanırlar, sonra da heyrətlənir, "Bəyəm siz bacılarsınız?" deyirlər. Bu təhqirdir, irqçilikdir", - Marsiya Biqs deyib.

İngiltərənin Birmingem şəhərində yaşayan Biqs ailəsi diqqət mərkəzində olmağı sevməsə də, artıq məşhurlaşıblar.

National Geographic jurnalının aprel sayında onlar barədə geniş məqalə dərc olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.