Maraqlı

69 yaşlı kişi köpək balığını yumruqlayaraq ondan xilas olub - VİDEO

12 Mart 2018 21:00
0 Şərh     Baxış: 1 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyada 69 yaşlı kişi ona hücum edən köpək balığından yaxa qurtara bilib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Viktoriya ştatının Serf Kost Şir vilayətində baş verib. Rob Krossland dənizdə üzərkən 3,5 mertlik köpək balığının kölgəsini görüb.

"Mən əvvəlcə ətrafımda dövr edən üzgəci gördüm, daha sonra isə köpək balığı düz mənim üstümə gəldi", - deyə o bildirib.

Ondan sonra Krossland suyun dibinə üzüb və köpək balığı ona yaxınlaşdıqda burnuna vurmağa başlayıb.

"O, altı, yaxud yeddi dövrə vurdu və hər dəfə mən onu vurdum, o, gedib yenə qayıdırdı", - deyə zərərçəkən izah edib.

Köpək balığı birinci dəfə üzüb gedəndə Krossland kömək çağırıb. Zərərçəkənin sözlərinə görə, onu açıq çəhrayı rəngli şort xilas edib - köpək balığı anlayıb ki, bu suiti deyil.

Avstraliyalı hesab edir ki, belə vəziyyətlərdə köpək balığının qurbanı olmamaq üçün ondan qaçmaq lazım deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avstraliyada 69 yaşlı kişi köpək balığını yumruqlayaraq ondan xilas olub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.