Maraqlı

"Bacım oğlu öldü, anam kor qaldı" - Şou ulduzu kurortda danışdı - FOTO

12 Mart 2018 17:26
0 Şərh     Baxış: 3 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12 il əvvəl intihar həddində idim. Vəziyyətim çox pis idi. Xronik depressiyaya düşmüşdüm.

Britaniyada populyar olan "Celebrity Big Brother" realiti-şousunun finalçısı, model Cess İmpiazzi belə deyib.

Milli.Az The Sun-a istinadən bildirir ki, İspaniyanın Marbelya kurortunda istirahət edən 28 yaşlı model çimərlikdə fotolar çəkdiri, sonra da reportyorların suallarını cavablayıb.

Onun sözlərinə görə, məşhur "İtalia Conti" məktəbinə daxil olması onun həyatında dönüş oldu.

"Bacımın 13 aylıq oğlu vəfat etmişdi. Özümü çox pis hiss edirdim. Üstəlik də, anam xəstələnmişdi.  Bacım oğlunun meningit xəstəliyindən vəfatı, anamın da "Uveal effusion syndrome"a tutulması məni çökdürmüşdü. Ağır depressiyada idim. Hətta intihar etməyi düşünürdüm. Lakin məktəbə daxil oldum, anam Debbi də bir gözünün görmə qabiliyyətini itirməsinə rəğmən mənə dəstək oldu. Anamın bu dəstəyi olmasaydı, xroniki depressiyadan çıxa bilməzdim", - C.İmpiazzi deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.