Maraqlı

Əfsanəvi komik toyundan 2 gün sonra vəfat etdi - FOTO

12 Mart 2018 09:58
0 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın ən məşhur və qocaman aktyorlarından biri, əfsanəvi Kendd Dodd 90 yaşında vəfat edib.

O, toyundan iki gün sonra dünyasını dəyişib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, komik Liverpuldakı evində keçinib.

Aktyorun agenti Robert Holmsun dediyinə görə, bu ilin əvvəlində Dodd ağciyərin yoluxucu xəstəliyinə yoluxaraq Liverpuldakı klinikalardan birində 6 həftə müalicə olunmuşdu.

O, 40 ildən bəri qeyri-rəsmi nikahda olduğu 76 yaşlı xanımı Enn Consla iki gün əvvəl münasibətlərini rəsmiləşdirmişdi.

1982-ci ildə Kenn Dod Britaniya İmperiyası ordeninə, ötən ilin əvvəlində isə cəngavər "ser" tituluna layiq bilinmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.