Maraqlı

ABŞ-da 500 min ev işıqsız qalıb - FOTO

10 Mart 2018 08:33
0 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın bir neçə şərq ştatlarında və Puerto-Riko adasında pis hava şəraiti üzündən işıqsız qalanların sayı sutka ərzində təxminən bir milyondan 500 minə qədər azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda Massaçusets ştatında təxminən 162 min, Puerto-Riko adasında - 139 min, Nyu Cersidə - 114 min, Konnektikutda - 55 min və Nyu-Yorkda 38 min ev işıqsız qalır.

Statistika göstərir ki, ən yavaş enerji təchizatının bərpası üzrə işlər Puerto-Riko adasında gedir. Əgər qitədə sutka ərzində evlərin təxminən yarısına elektrik enerjisinin verilməsi bərpa edilibsə, Puerto Rİkoda bu müddət ərzində yalnız 13 faiz zərər çəkmiş evlərə elektrik enerjisinin verilməsi bərpa edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.