McDonalds-da rəzalət: Çıxın çölə, buranı tərk edin - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lütfən, restoranı tərk edin! Yeməyinizi bitirməyə lüzum yoxdur! Siz qaydaları pozursunuz, müştərilərimizi narahat edirsiniz! Çıxın çölə!
Amerikalı Yossi Qallo ABŞ-ın Cənubi Karolina ştatındakı Mirtl-Biç şəhərində yerləşən McDonalds restoranından qovulub.
Daha doğrusu o, nahara qonaq etdi evsiz-eşiksiz, küçədə yaşayan qoca ilə birlikdə restoranda "arzuolunmaz şəxslər" sayılıblar.
Yossi Qallo srağagün yaşanmış olayın videosunu sosial şəbəkələrdə paylaşıb. Videoya indiyədək on milyonlarla insan baxıb.
Yossinin dediyinə görə, Mirtl-Biçdəki restorana yollananda orada, binanın qarşısında evsiz-eşiksiz, yoxsul qocanı görüb.
"Onun ac olduğunu anladım, "Yemək istəyirsən?" soruşdum. Çəlimsiz qoca "Hə" dedi. Onunla birliklə restorana girdik. Qocaya McDonalds menyularından birini sifariş verdim, sonra özümə də yemək götürdüm. Yeməyə başladıq. Amma az sonra restorana polis gəldi. Sən demə, polis zabiti olan bu xanımı restoranın meneceri çağırıbmış", - Yossi Qallo deyib.
Videokadrlarda görünür ki, qadın polis zabiti evsiz qocadan və Yossi Qallodan restoranı tərk etmələrini istəyir.
"Bu qocadan şikayət var. Bir neçə nəfər dedilər ki, o, burada pul dilənir, insanları narahat edir", - polis zabiti deyib.
Yossi Qallo iddiaların yalan olduğunu, qocanın pul dilənmədiyini, onu restorana yemək üçün gətirdiyini söyləsə də, zabit Qallonun sözlərini qulaqardına vurur.
Sinirlənmiş Qallo restoranın menecerinə qışqıraraq deyib: "Siz insan deyilsiniz! İnsanlığınızı itiribsiniz! Ac insanın yemək yeməsinə mane olursunuz! Halbuki, onun yeməyinin pulunu ödəmişəm və bu adam da sakitcə oturub yemək yeyir. Belə çıxır ki, yoxsulun, kasıbın, evsizin McDonalds-da pulu ilə yemək yeməyə ixtiyarı yoxdur?!"
Restorandan çıxarılan Yossi Qallo evsiz qocaya deyib: "Gəl, otur mahınıma, gedək evdə yemək yeyək".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Təranənin qızı Suel pilot olacaq - (Video)
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
XƏBƏR LENTİ
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)





