Hər birimiz çox yaxşı bilirik ki, "Mercedes-Benz" dünyanın ən nəhəng avtomobil istehsalçılarından biridir. Bu kompaniya hər kəsin dilindən düşməyən məşhur alman keyfiyyətinin canlı nümunəsidir.
Milli.Az xəbər verir ki, ölkəmizdə də "Mercedes" markalı avtomobillər geniş kütlə tərəfində sevilir. Əsasən də, bir az yaşlı modellerə üstünlük verilir.
Avtomobil nəhəngi vaxtilə hər kəsin öyrəşdiyi avtomobillərdən başqa ekspremental modellər üzərində işləyib. Bu prototiplərin hər biri unikal avtomobildir və çətin ki, siz onları nə vaxtsa görmüsünüz.
Həmin modellərlə sizi tanış edirik:
1. Mercedes-Benz C111-1
Bu avtomobil haqqında olan məlumatlar bu günə kimi sirr olaraq saxlanılır. Lakin şirkət model haqqında olan bütün məlumatları gizləyə bilməyib. "C111-1"-i özəl edən ən böyük xüsusiyyəti dizaynının Bruno Sakka tərəfindən edilməsidir. Bildiyimiz kimi Bruno şirkət tarixinin ən dahi dizayneri sayılır.
Bu model yarışlar və kütləvi satış üçün yox, "Mercedes"in yeni mühərrik və müxtəlif idarə etmə sistemlərini test etmək üçün idi. "C111-1"in yalnız bir ədəd istehsal olunub. Düzdür, avtomobil nəhəngi daha 4 ədəd "C111" istehsal etsə də, onlardan heç biri bu modelə bənzəmirdi.
2. Mercedes-Benz C111-IV
Bu avtomobil, haqqında danışdığımız "C111-1" modelinin davamçısıdır. Çox qəribə xarici görünüşə malik olan "C111-IV"də test üçün hazırlanmışdı. Yüksək sürətlərdə aerodinamik xüsusiyyətləri öyrənmək üçün istifadə olunan avtomobil 4.8 litrlik 500 at gücünə malik "bi-turbo" mühərriklə təhciz olunmuşdu.
5 may 1979-cu ildə pilot Hans Leybal bu modellə dairə yarışlardakı maksimal sürət rekordunu yenilədi. O, təyyarəyə bənzəyən "Mercedes"lə 403 km/saata qədər sürətlənməyi bacarmışdı. Düzdür, günümüzün "hiperkar"ları üçün bu sürət həddi elə də böyük bir şey deyil. Amma unutmayaq ki, söhbət keçən əsrin 70-ci illərinin sonundan gedir.
4. Mercedes-Benz NAFA
İndi isə keçək gündəlik istifadə olunan avtomobillərə. 80-ci illərin əvvələrin Avropanın yolları avtomobillərlə dolmuşdu. Böyük şəhərlər darısqallıqdan boğulur, duracaq çatışmazlığından əziyyət çəkirdi. Bu məqamda "Mercedes" zəmanənin tələbinə uyğun avtomobil yaratmaq istədi. Ortaya "NAFA" çıxdı.
2,5 metr uzunluğunda, 1,5 metr hündürlüyündə olan avtomobilin ömrü çox olmadı. Görünüş və dizayn kimi xüsusiyyətlərdən başqa "NAFA" bütün təhlükəsizlik sınaqlarından uğursuzluqla ayrılmışdi. Bu isə "Mercedes"in siyasəyinə uyğun deyildi və ona görə də avtomobil istehsala çıxmadı.
4. Mercedes Benz F100
Daha bir öyrəşmədiyimiz avtomobil. 1991-ci ildə Şimali Amerikada təqdim olunan F100 dövrünün ən texnoloji avtomobili ola bilərdi. Ümumi görünüşündə şirkətin xaraketini göstərən konsept o illərdə insanların gələcəyin avtomobilini necə təsəvvür etdiklərinin nümunəsidir.
Bu modeldə hər şey yüksək səviyyədə düşünülmüşdu. Dövrünə görə bütün avtomobillərdən fərqli erqonomikadan tutmuş ən son təhlükəsizlik sistemlərinə kimi malik olan F100, 1991-ci olmasına baxmayaraq 2,6 litrlik benzin mühərrik, 3 pilləli avtomat sürətlər qutusu və damında quraşdırılmış günəş plitələri ilə təhciz etmişdi.
Adil Nəcəfov
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində