Maraqlı

Fərhad Əhmədov verdiyi bəxşişlərlə gündəmdə - FOTO

18 Avqust 2017 16:09
6 Şərh     Baxış: 3 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bodrumda istirahət edən azərbaycan əsilli rusiyalı milyarder, "Nortqaz" şirkətinin eks-sahibi Fərhad Əhmədov yenidən Türkiyə mətbuatında gündəmə gəlib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 62 yaşlı iş adamı bu dəfə verdiyi bəxşişlərlə müzakirə olunmağa başlayıb.  O, əvvəlcə Bodrumu gəzib, alış-veriş mərkəzində xanımı Tatyana Əhmədova və övladları üçün 1700 avroluq bazarlıq edib. O, mağazanın satıcısına 100 avro bəxşiş verib.

F. Əhmədov daha sonra ailəsi ilə birgə Bodrumun Torba ərazisindəki balıq restoranında olub. 

Milyarder 6 nəfərlik masa üçün 350 avro hesab ödəyib. O, üç ofisiantın hər birinə isə 50 avro bəxşiş verib və təşəkkürünü bildirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.