Maraqlı

Belarus Eurovision-2015-ə cütlük yollayır

27 Dekabr 2014 23:44
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Eurovision-2015" beynəlxalq mahnı müsabiqəsinə Belarusdan vəsiqəni Uzari & Maimuna dueti qazanıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, milli seçimin qalibi Belteleradio şirkəti tərəfindən dekabrın 26-da təşkil edilən final şousunun yekunlarına əsasən məlum olub. Avropanın nüfuzlu mahnı forumunda Belarusu təmsil etmək hüququ uğrunda 15 finalçı mübarizə aparıb.

Builki müsabiqədə tamaşaçı səsləri nəticənin səkkizdə bir hissəsini təşkil edib. Münsiflər heyətinin 7 üzvü öz ballarını verib, tamaşaçı səsləri isə bir səs kimi nəzərə alınıb. Belarus tamaşaçılarının fikrincə, "Eurovision-2015" müsabiqəsində milli seçimin ən yaxşı üç ifaçısı MUZZART, "MІLKІ" qrupları və Uzari & Maimuna dueti olub.

Münsiflər heyətinin rəyinə görə, ən yaxşı üçlük aşağıdakılar olub: Uzari & Maimuna (76 bal), Anastasiya Malaşkeviç (66 bal) və həmvətənimiz Günəş Abbasova (62 bal).

Seçim turunun finalında müğənni Uzari skripkaçı Maymunanın müşayiəti ilə ona uğur gətirən "Time" ("Vaxt") mahnısını ifa edib.

Xatırladaq ki, "Eurovision-2015" mahnı müsabiqəsi Vyanada keçiriləcək.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.