Maraqlı

Dünyanı yeni təhlükə gözləyir: Antarktida parçalanır - VİDEO - FOTO

13 İyul 2017 14:46
0 Şərh     Baxış: 3 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antarktidada təqribən 6 min kvadrat kilometr sahəsi, 1 trilyon ton ağırlığı olan nəhəng aysberq parçalanaraq materikdan ayrılıb. Qərbi Larsen C buzlağının parçalanması Antarktidanın ümumi sahəsinin 1/10 hissəsinin itirilməsi deməkdir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Larsen buzlağı ilkin olaraq Larsen A, Larsen B və Larsen C buzlaqlarından ibarət idi.

Son 50 ildə qlobal miqyasda havanın tempreraturu +2,5 dərəcə istiləşdiyindən Antarktidada fəsadlı dəyişiliklər yaşanırdı.

1995-ci ildə Larsen A buzlağının 4  min kvadrat kilometrlik hissəsi materikdən qoparaq məhv oldu. 2000-ci illərin əvvəllərində Larsen B buzlağından 3 min kvadrat kilometrlik hissə qopdu.

İndisə Larsen C buzlağı qopub.

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertləri ötən ilin dekabrında Larsen C buzlağında aeroçəkilişlər apararkən uzunluğu 112 kilometr, eni 100 metr, dərinliyir 500 metr olan çat aşkarlamışdılar. Bu ilin ortalarında həmin çatın uzunluğu 200 kilometrə çatmışdı.

Buzlağın qopması dünya okeanında suyun səviyyəsi 10 sm qalxa bilər. Antarktidada buzlaqların parçalanaraq qopmaları prosesinin davam etdiyini qəzərə alsaq, problemlərin sayı daha da artacaq.

Qopmuş Larsen C buzlağı Atlantik okeanında hərəkət edərək əriyir və yeni böyük aysberq formalaşdırır. Həmin aysberqin kütləsi təqribən 1 milyard tondur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyanı yeni təhlükə gözləyir:Antarktida parçalanır

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.