Maraqlı

Ölü dənizdən çıxan paltar hər kəsi təəccübləndiridi - FOTO

16 İyul 2017 17:15
1 Şərh     Baxış: 7 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siqalit Landau​ adlı rəssamın Ölü dənizdən çıxardığı paltar hər kəsi təəccübləndirib.

Milli.Az xəbər verir ki, Siqalit Landau adlı rəssam qara rəngli, uzun paltarı 2 il Ölü dənizdə saxlamaq qərarına gəlib. 2 ildən sonra onu duzlu dənizdən çıxarıb. Onun sözlərinə görə, tamamilə dəniz duzu kristalları ilə örtülmüş donu yaradıcılıq məqsədi ilə istifadə edəcək. O, layihəsini "Duz gəlin" adlandırıb.

Onu da qeyd edək ki, Siqalit Landau paltardakı kristallaşma mərhələlərini göstərmək üçün 3 aydan bir dənizə girib və onun şəkillərini çəkib.

Layihənin yaradılmasında onu Semyon Akimoviç Ankiyin 1916-cı ildə yazdığı "Dubik, yaxud iki dünya arasında" pyesi ilhamlandırıb. Bu pyes qızın bədəninə girmiş iblislə sövdələşən gəncin ölümündən bəhs edir. Gənc oğlan ruhunu iblisə sataraq dubbkə (ölü insanın qəzəbli ruhu) çevrilir.

Bunun rəssamla nə əlaqəsi olduğunu düşünə bilərsiniz. Məsələ ondadır ki, Landau öz layihəsində 1920-ci ildə pyesin səhnə quruluşunda istifadə olunan paltarın dəqiq sürətini hazırladıb. Fotolar Londonda "Contemporary Marlborough" qalereyasında nümayiş olunacaq. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.