Maraqlı

Qədim təbiblərin inanılmaz MÜALİCƏ ÜSULLARI - FOTO

14 İyul 2017 19:34
1 Şərh     Baxış: 1 082

Qədim dövrün təbibləri bugünkü tibb işçiləri ilə müqayisə ediləcək qədər təcrübəli, savadlı və peşəkar idilər. Onların arasında cərrahlar, dermotoloqlar, psixoterapevtlər və digər peşələri dərindən bilən həkimlər var idi. Müasiri olduğumuz dövrdə tibb sahəsi də, digər elmlər kimi durmadan inkişaf edir. Lakin bir sıra müalicə üsulları olduğu kimi qalır.

Hippokrat və Avissenayadək əcdadlarımızı şamanlar, cadugərlər və təbiblər öz üsulları ilə sağaldırdılar. Bü gün alimlər həmin üsulların həqiqətən mükəmməl olduğunu və qədim təbiblərin peşəkarlığını etiraf edirlər.

Milli.Az qədim tibb üsulları ilə bağlı yazını təqdim edir:

Kəllə sümüyünün açılması (trepanasiya)

2017-ci ilin yazında Almaniya Arxeoloji İnstitutu ilə Rusiya Elmlər Akademiyasının mütəxəssisləri eramızdan əvvəl V əsrdə Kuban və Balkan ərazilərində yaşamış insanların həyatını araşdırarkən, heyrətə gəliblər. Alimlər arxeoloji qazıntılar nəticəsində tibbi müdaxilə ilə açılmış 13 kəllə sümüyü tapıblar. Maraqlıdır ki, bu sümüklərin çoxunda toxumalar tam bərpa olunub. Bu da əməliyyatların uğurlu keçməsinə və insanların sağ qalmasına dəlalət edir.
Tapıntlar içərisində trepanasiya olunmuş (tibbi müdaxilə ilə açılmış) həm qadın, həm də kişi kəllə sümükləri var. Yaş həddi isə 14-dən 70-ə qədərdir. Hər bir kəllə sümüyündə açılış bölgəsi ənsə hissəsinin mərkəzində yerləşir. Ən böyük trepanasiyanın ölçüsü isə 9 sm-dir. Bir qrup alimlər düşünür ki, bu üsul ciliklənmiş kəllə sümüyünün hamarlaşdırılması məqsədilə tətbiq edilirmiş. Bu cür cərrahi əməliyyatlar müasir dövrdə Afrikada yaşayan qəbilələrdə də, həyata keçirilir. Alman alimləri isə düşünürlər ki, trepanasiyanın eyni nayihədə olması həmin dövrün ayinlərilə bağlıdır. Həmçinin mütəxəssislər bu əməliyyatların müalicə məqsədilə aparıldığını da, inkar etmirlər. Onların fərziyyəsinə görə, bu yolla epilepsiya, miqren və digər xəstəliklər müalicə olunurdu.
Bu tip arxeoloji tapıntılara Cənubi Moraviyada da rast gəlinir. Ən qəribəsi isə odur ki, burada trepanasiya yalnız 18 yaşlı insanlara tətbiq edilib.
Ortopediya və təcili tibbi yardım

Dünyanın dörd bir yanından tapılmış skeletlər üzərində aparılan araşdırmalar sınıq və çıxıqların qüsursuz aradan qaldırıldığını sübuta yetirir. Bu, o deməkdir ki, qədim insanlar təcili tibbi yardımın əsas prinsiplərini anlayır və onları müvəffəqiyyətlə tətbiq edirdilər.
Arxeoloq Nikolayevin qeydlərində deyilir: "Mən muzey eksponatları arasındakı insan skeletlərini tədqiq etdim və qüsursuz birləşdirilmiş körpücük sümüyü sınıqlarına rast gəldim".
Digər mütəxəssis Paels deyir ki, araşdırdığım 36 insan skeletləri arasına yalnız bir neçəsində uğursuz sümük birləşdirilməsi qeydə aldım.
Bir sıra xəsarətlərin tam aradan qaldırılması üçün sarğılar vacib idi. Məsələn, qədim Misirdə tapılan mumiyalanmış cəsədlərdə palma yarpaqları ilə sarılmış sınıq və çıxıq izləri var. Məhz bu tip sarğılar zədəli toxumaları oksigenlə təmin edir, qan dövranını yaxşılaşdırırdı.
Arxeoloji tapıntılar içərisində Neolit dövrünə aid bir sıra tibbi alətlər var. Onlar içərisində daha çox ucu itilənmiş bıçaqlara rast gəlinir ki, bu alət ölü toxumaların çıxarılmasında, dərinin kəsilməsində istifadə olunurdu.

Fitoterapiya

Eramızdan əvvəl III əsrdə qədim Şumer şəhəri olan Nippura aid tapıntılar arasında cədvəllərə rast gəlinir. Bu əlyazmalar qədim dövrün müxtəlif şəfalı otlar və bitkilərlə müalicə üsullarından xəbər verir. Siyahıya xardal, söyüd budaqları, kəklikotu və müxtəlif meyvələr aid idi. Bundan əlavə şumerlər müalicə üsulu kimi neft, dəniz duzu və bir sıra digər təbii vasitələrdən istifadə edirdilər.
Ot və bitkilərlə müalicə, yəni fitoterapiya qədim Misirdə də tətbiq olunurdu. Alman arxeoloqlarının buradan Leypsiq şəhərinə apardıqları ən uzun papirusda misirli təbiblərin hazırladıqları 700-dən çox təbii dərman resepti var. Bu papirusun yaşı eramızdan çoxdur.
Qədim Rusiyada da, fitoterapiya çox məşhur idi. Rus təbibləri sarılıq, qızılca və digər xəstəliklərin müalicə üsullarını axtarıb, tapır və hazırladıqları bitki tərkibli məlhəmlərlə sağaltmağa çalışırdılar. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Diogen · 14 İyul 20:4300

    Deyerli melumatdir, teessüf ki, xeyli kobud leksik xetalara yol verilib

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.