Onların hər biri mükəmməl döyüşçüdür və ən çətin, ən təhlükəli şəraitdə döyüş tapşırıqlarını yerinə yetirə bilərlər. Mən onlarla fəxr edirəm.
"Sensey" Əkbər Fərəci belə deyir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Əkbər Fərəci İranda ninzutsu əlbəyaxa döyüş növü ilə məşğul olan qadınların məşq etdikləri təlim mərkəzinin rəhbəridir.
Onun dediyinə görə, hazırda İranda ninzutsu ilə 4 min qadın məşğul olur.
Həmin qadınlar dağlarda, qayalıqlarda, səhrada - bir sözlə, ekstremal məkanlarda da məşq edirlər.
İranlı ninza xanımlar özlərini "reyncer" adlandırırlar.
İrandakı niza təlim mərkəzi paytaxt Tehrandan 40 km kənarda, 1989-cu ildə fəaliyyətə başlayıb.
Təlimatçı-məşqçi Fatimə Müəmərin sözlərinə görə, ninzutsu insana vücudla şüur arasında mütənasibliyi qorumağa imkan verir.
Mərkəzdə məşq edən və ninzutsunu öyrənən iranlı xanımlar özlərini "kunoiçi", yəni "qadın ninza" adlandırırlar. Kunoiçi olmaq üçün fiziki güc, akrobatik bacarığı, çeviklik, sürət və qıvraqlıq gərəkdir.
İranda hazırda 24 min nəfər ninzutsu ilə məşğul olur.
Milli.Az





