Maraqlı

"Kara Sevda"nın aktrisası ərini əlindən aldığı müğənni ilə üz-üzə - FOTO

28 Dekabr 2016 12:19
2 Şərh     Baxış: 3 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin tanınmış müğənnisi Aşkın Nur Yengi jurnallardan birinə müsahibə verib.

O, şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. Müğənni xəyanətə uğradığını söyləyib.

"Bu həyatda məni ən çox xəyanətə uğramağım məyus etdi".

Aşkın Nur Yengi 2006-cı ildə Haluk Bilginer ilə nikah masasına oturmuşdu. Lakin onlar 2012-ci ildə boşanıblar.

Onların boşanmasına səbəb isə Halukun hazırda "Kara Sevda" serialına çəkilən Zerrin Tekindör ilə gizli eşq yaşaması olub.

Milli.Az "Cadde"yə istinadla bildirir ki, Zerrin ilə müğənninin 2 ay öncə yas mərasimində üz-üzə gəldiyi məlum olub. İddialara görə, aktrisa ona yaxınlaşaraq "başın sağ olsun" deyib, müğənni isə onun üzünə belə baxmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.