Rüsvayçılıq: iki qoca milyarder söyüşdü, dalaşdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstraliyanın ən məşhur və zəngin iş adamları arasında yer alan iki nəfər dünən dəbdəbəli restoranda dava salıb.
Onlar əvvəlcə möhkəm mübahisə ediblər, sonra söyüşüblər, axırda da süpürləşiblər.
Milli.Az 9news.com.au-ya istinadən bildirir ki, milyarderlər - 73 yaşlı Con Sinqlton və 72 yaşlı Cek Kouinin dalaşdıqlarını görən restoran menecerləri polis çağırıblar.
Polis hadisə yerinə çatanda milyarderlər artıq sakitləşmişdilər.
Con Sinqltonun dediynə görə, onlar dava etməyiblər: "Sadəcə, zarafatlaşırdıq. Cek mənim yaxtamı iki ay əvvəl götürmüşdü və vaxtında qaytarmamışdı. Mən də onu zarafatla hədələyərək soruşurdum ki, yaxtamı niyə vaxtında qaytarmayıb, sözünün üstündə durmayıb. Nə dava, nə süpürləşmək?! Biz elə tərbiyəsizlik etmərik".
Hadisə zamanı çəkilmiş fotolar və Sidney şəhərindəki məşhur steyk-hausun əməkdaşlarının ifadələri isə tam tərsini deyir.
Hadisə Sidneyin şərqindəki Vuulumuulu parkında, "Crabhouse" steyk-haus restoranında yaşanıb.
Restoranda görüşən Con Sinqlton və Cek Kouinin birgə naharı təxminən 3 saat davam edib. Sonra Sinqlton ayağa durub, dostunun yaxasından tutub dartıb. Mübaşisə başlanıb. Hirslənmiş Sinqlton oturmuş Kouinə söyüb, masadakı qədəhlərdən birini çırparaq sındırıb və qədəhin qırıq altlığını əlində tutaraq Con Kouinin üzünə vurmağa hazırlaşıb.
Əvvəlcə restoranın qadın meneceri, sonra da direktor müavini ona mane olmağa çalışıblar. Daha doğrusu, qadın menecer Sinqltonun əlindən tutaraq onun zərbə endirməsinə mane olub.
"Fairfax Media" korporasiyasının banisi və sahibi, 73 yaşlı Con Sinqlton "Hungry Jac" konserninin sahibi, 72 yaşlı Con Kouinlə 40 ilin dostudur.
Onların arasındakı davanın gerçək səbəbi bilinmir.
Milyarderlər bu barədə danışmaq istəmirlər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



























DİGƏR XƏBƏRLƏR
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Prezident İlham Əliyev: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
-
Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
-
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı





