Milli.Az ICTnews-a istinadən bildirir ki, bir qədər əvvəl Ericsson şirkətinin komandası 42 gün ərzində 25 ölkəni gəzərək planetin müxtəlif yerlərində insanların gündəlik həyatda istifadə etdikləri texnologiyaları qeydə alıblar. Bu məqalədə yeddi əsas texnologiya haqda məlumat veriləcək.
Ünsiyyət
Internet.org - inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında texnoloji fərqi aradan qaldırmaq üçün nəzərdə tutulmuş layihədir, əsas hədəfi planetin qlobal şəbəkəyə qoşulmayan əhalisinin internetə çıxışını təmin etməkdir. Bu layihənin qısa tarixi aşağıdakı kimidir: Facebookun mühəndisləri qrupu Afrikaya yollanaraq yerli SİM kart taxılmış telefonda yeni mobil proqramı sınaqdan keçirmək istəyib. Sınaq uğursuz olub: təbəssüm simvolunu göndərmək üçün 40 dəqiqə vaxt sərf olunub. Buna görə 2013-cü ildə Facebook, Ericsson, MediaTek, Opera, Samsung, Nokia və Qualcomm şirkətləri planetin hələ də internetə çıxış olmayan əhalisini qlobal şəbəkəyə qoşmaq üçün ittifaq yaradıblar.
Şəhər həyatı
Zero Site - ağıllı şəhər üçün texnologiyadır. Ericsson və Philips şirkətlərinin birgə layihəsi simsiz rabitə və küçə işıqlandırma sistemini birləşdirib. Layihə bir sıra vacib problemlərin həllinə imkan verir:
Küçə işıqlandırması tərəfindən enerjinin sərfiyyatı səviyyəsini azaltmaq;
Fənərlərin daxilinə kiçik baza stansiyalarının yerləşdirilməsi hesabına mobil operatorların əhatə dairəsini yaxşılaşdırmaq;
Gecə vaxtı küçələri daha işıqlı və təhlükəsiz etmək.
Uşaqların tərbiyələndirilməsi
DIY.org layihəsi uşaqları oyun prosesində öz bilik və bacarıqlarını inkişaf etdirməyə səsləyən internet cəmiyyətidir, uşaqlar öz təcrübələri ilə mübadilə edə və tərəfdarlar tapa bilərlər. İnternet cəmiyyətdə videoöyrədici, foto təlimatlar kataloqu var, həm də iştirakçılardan hər biri yeni nəsə əlavə edə bilər.
Nəqliyyat
Connected Car - Volvo və Ericsson şirkətlərinin birgə layihəsi ağıllı avtomobil konsepsiyasının real təcəssümüdür. Connected Vehicle Cloud Solution bulud həllinin köməyi ilə avtomobil bulud xidmətlərinə qoşularaq sürücüyə proqram, əyləncə və bort nəzarət sistemlərinə giriş imkanı yaradır. Təsəvvür edin: avtomobil proqram təminatını müstəqil yeniləyir, hərəkət marşrutunu çəkir, ən yaxın yanacaqdoldurma stansiyaları ilə bağlı variantlarını təklif edir, yaxınlıqda yerləşən avtodayanacaq tapır və sairə.
İdman
Misfit Wearables şirkəti bazarda öz yerini tutmağa nail olub. İnsan bu şirkətin fitnes qolbağından ayrılmaq istəmir. Misfit Shine fitnes qolbağı su keçirmir və onu tez-tez enerji ilə doldurmaq lazım deyil. Batareyanın şarjı mənə azı 4 aylıq kifayətdir. Misfit Shine - yığcam, zərif fitnes qolbaqdır və smartfonla sinxronlaşır. Bir gün ərzində insanın fəallığı haqda bütün informasiyanı əks etdirir.
Tibb
MS10 mütəxəssislərinin həlli xəstəliklərin diaqnostikasına müasir yanaşmanı əsaslı şəkildə dəyişəcək. Biostamp - bu, çox nazik texnoloji yapışqan plastırdır, ancaq onun funksiyası yaraların müalicəsi ilə məhdudlaşmır. Biostampın vəzifəsi xəstənin sağlamlıq vəziyyəti haqda informasiya toplamaqdır. Ağıllı plastır ürək döyüntüsünün tezliyini, qan təzyiqini, bədənin hərarətini izləyir. Toplanılmış məlumatlar simsiz rabitə ilə mobil proqrama göndərilir və bundan sonra orqanizmin cari vəziyyətini qiymətləndirmək olar.
Ərtaf mühit
Lapka Personal Environment Monitor (PEM) - ətraf mühitin insan gözü üçün əlçatmaz olan müxtəlif aspektləri haqda informasiyanı toplayaraq təhlil edən skanerdir. Lapka PEM skanerinin köməyilə toplanılan məlumatlar gündəlik təbiətdə baş verən prosesləri dərk etməyə imkan verir.
Milli.Az