Maraqlı

Bentley seriyanı davam etdirir - FOTO

1 May 2015 18:11
0 Şərh     Baxış: 1 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Britaniya lüks avtomobillər istehsalçısı Bentley şirkəti EXP10 Speed 6 sport-kupenin seriya variantını hazırlamaq üzərində düşünür. Bu xəbəri tanınmış xarici dərginin markanın baş direktoru Volfqanq Dyürxaymer ilə söhbət edə bilmiş jurnalistləri bölüşüblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, şirkət rəhbərinin fikrincə kupenin Cenevrə avtosalonu çərçivəsində premyerasından sonra istehsalçı yeni model ilə bağlı çoxlu müsbət rəy alıb. Belə olduqda şirkətdə maşının seriya buraxılışı haqqında fikirləşməyə başlayıblar. Qeyd edilir ki, istehsalçı bu barədə son qərarını bu ilin ortalarında qəbul edəcək.

V.Dyürxaymer jurnalistlərə bildirib ki, avtomobilin dizaynında radiator barmaqlığı və optika istisna olmaqla ciddi dəyişiklik olmayacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.