“Subayam, çünki...” – SƏBƏBLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Huffington Post" "Facebook" və "Twitter"in subay izləyiciləri arasında "Niyə subaysız?" adlı sorğu keçirib. Cavablar isə mürəkkəb və xeyli fərqli olub.
Milli.Az lent.az-a istinadən həmin sorğunun cavablarını təqdim edir.
- Mən subayam, çünki kiməsə ev tikməyə hazır deyiləm. Həm də bütün xəyallarımı əhatə edən və xəyalımdakının tam özü olacaq yoldaş tapmamışam.
- Mən subayam, çünki bu, bir seçimdir və mənim möhtəşəm, gözəl, qayğıkeş bir qadın olduğumu təsdiqləyəcək kiməsə ehtiyacım yoxdur.
- Mən subayam, çünki mənə və 4 övladıma baxmağı boynuna götürən biri yoxdur. O adamın böyük ürəyi olmalıdır. Mənim hazırkı məqsədim uşaqlarımı yaxşı böyütməkdir. Sevgimə layiq ola biləcək biriylə görüşməyə qarşı deyiləm. Sadəcə ona uşaqlarım, ya işim hesabına baxmağa nə vaxtım, nə də enerjim var.
- Mən özümə yoldaş axtarmadan əvvəl öz üzərimdə yaxşı çalışmalıyam. Başqa kimsə üçün yüksək standartlar yaratmaq fikrində deyiləm.
- Mən hələ də onu ilk görəndə "Vauuu, onunla birlikdə olmaq subay olmaqdan daha yaxşıdır", - deyə düşünəcəyim qadını gözləyirəm.
- Subayam, çünki bütünlüklə özümlə xoşbəxt ola biləcəyim hər şeyim var.
- Doğrusu, mən sadəcə tənbələm. Münasibətlər səy istəyir. Mən zəng etməyə, mesajlaşmağa, ya başqa nəyəsə çalışmıram. Oğlanlarla görüşməyə başladım, ancaq anladım ki, bu, mənim ortaya qoyduğum vaxtdan da çox vaxt tələb edir.
- Mən həyatım boyu ətrafımda kiminsə olmasını istəmirəm.
- Mən hələ düzgün insanı tapa bilməmişəm və "buna dəymədiyi halda həyatımda biri var" kimi bir oyun oynamağa istəkli deyiləm.
- Ay Allah, burda sadalayacaq çox səbəb var. Bir tək onu deyim ki, mən yenidən evlənməyi ən azından həmin insan yaxşı dostum olsa, düşünə bilərəm. Başqa cür tək qalmağı üstün tutaram.
- Mən çox seçim edənəm. İndi bütün fikrimi özümə yönəltmişəm və sərbəst, emosional, əqli cəhətdən böyüməyə çalışıram. Demirəm ki, ömürlük subay qalacam, ancaq buna nə tələsirəm və nə də məcburam.
- Görüşdüyüm insanların hamısı hələ də oğlan uşağıdı. Münasibət təcrübəsi olan, nə istədiyini bilən birini tapmaq çətindir.
- Sevgi həyatımda çox xəyal qırıqlıqları olub. Mən subayam, gözələm. Subay olmaq xoşbəxtlikdir və vacibdir.
- Niyə subayam? Çünki qızıma sevgi göstərə biləcək birini tapmaq və sonda ayrılıq yaşamaq qorxum var. Qızımın ikinci dəfə bir kişi tərəfindən tərk edilməyimizin acısını yaşamasını istəmirəm. Subayam, uşağım üçün.
- Mən bütün həyatımı və pullarımı özüm idarə etmək istəyirəm. Subay olmaq - mənim nə aldığımı və vaxtımı necə keçirdiyimi kiməsə hesab verməyə ehtiyacım olmadığı deməkdir.
- Mən yalnız olub, üstəlik xoşbəxt olmağı çətin hesab edirəm. Əgər mən yalnız xoşbəxt ola bilmirəmsə, münasibətdə də xoşbəxt ola bilməyəcəm.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
-
İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
-
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - (Foto - Video)
-
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib





