Azərbaycanlı oliqarx xalq artisti ilə gizli eşq yaşayır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
SSRİ xalq artisti Tamara Qverdsitelinin yeni eşq macərası üzə çıxıb.Rusiya mətbuatı Novruz Məmmədovu Tamara Qverdsitelinin evində tapıb
Milli.Az anspress-ə istinadən xəbər verir ki, Moskvada yaşayan müğənni paparassilərin kamerasının obyektivinə tuş gəlib.
Jurnalistlər müğənnidən onun yanında görünən kişinin kim olduğunu soruşublar. Qverdsiteli bildirib ki, onun yanınca gedən kişi evində tikinti aparan ustaların iş icrasıdır.
Lakin şəkilləri dərc edən rusiyanın məşhur "Ekspress qazeta" nəşri bu iddianı rədd edib. Belə ki, şəkillər məşhur Kamerqersk döngəsində çəkilib. Bu isə Rusiya paytaxtının qlamur həyatının mərkəzi sayılır. Burada yalnız kafe, restoran, bar, dəbdəbəli əşyaların mağazalarından başqa heç bir tikinti materialları məkanı yoxdur.
Jurnalistlərin şübhələrinin əbəs yerə olmadığını Krasnoproletar keçəsinin elit göydələnində müğənni ilə birgə yaşayan qonşularla söhbət təsdiq edir. Tamaranın qonşusu Marina Nikolayevna şəkilləri gördükdə kişini tanıyır və bildirir ki, onlar artıq 2 ildir ki, burada yaşayırlar. Kişi nadir hallarda Tamara ilə birgə çıxır. Hərdən axşamlar onlar üçü - Tamara, anası və müəmmallı ev sakini - gəzməyə çıxır.
Müəmmallı ev sakinin kimliyini isə bundan sonra müğənninin yaxınları aşkarlayıblar. Məlum olub ki, müəmmallı şəxs həqiqətən də tikinti ilə məşğuldur, lakin iş icraçısı deyil. Belə ki, o Xabarovskdan olan oliqarx səviyyəsində bisnesmen azərbaycanlı Novruz Məmmədovdur. Xabarovskda onun adına 12-13 bazar, iki qonaq evi və tikinti fabriki var. 1995-ci ildə Məmmədov hətta dövlət Dumasına öz namizədliyini də irəli sürüb. Lakin 4 faizdən bir az çox səs toplayandan sonra bu fikrinə bir daha qayıtmayıb.
Lakin Novruz Məmmədov haqqında daha maraqlı bir fakt məlumdur ki, o rəsmən evlidir. Hətta deyilənlərə görə, əsl adı Sevinc olan Svetlana Məmmədova ona biznes həyatında belə dəstək olur. Xabarovskda olan qonşuları onları sevən cütlük adlandırırlar və 3 uşaqlarının olduğunu bildirirlər.
Qəzet Svetlana Məmmədova ilə də əlaqə saxlayıb. Şou-biznes əhlinin çoxdan artıq Qverdsitelinin sevgilisi saydığına baxmayaraq Məmmədovun yoldaşı bu barədə heç şübhələnmədiyini bildirib.
"Bu nə deməkdir. Belə şey ola bilməz..." - deyə Sevinc Məmmədovanın xəbərə ilk reaksiyası belə olub. "Niyə axı Novruz onun evində qalmalıdır?! Bizim Moskvada əla evimiz var, özümün orada mənzilim var... Bəli, bizim ailə Tamara Qverdsiteli ilə tanışdır. Belə demək olarsa, biz ailə dostuyuq. Mənim oğlum onun oğlu ilə dostdur. Tamaranın özünü də biz tanıyırıq", - deyə həyəcanlı qadın bildirib.
Rusiya mətbuatı azərbaycanlı oliqarxın məsələsini gündəmdə saxlayacağını bildirib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





