Maraqlı

Konseptual Nissan Sway - FOTO

27 Fevral 2015 21:14
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nissan şirkəti Sway adlı tamamilə yeni modelin dünya debütünün anonsunu verib. Bu gün brendin mətbuat xidməti ictimai debütü bir neçə gündən sonra Cenevrədə keçirilməsi nəzərdə tutulan yeni avtomobilin ilk şəklini təqdim edib.

Hələlik məlum olan odur ki, Nissan Sway yığcam şəhər heçbekidir. Şirkətdə qeyd ediblər ki, yeni modelin işlənib hazırlanmasında innovasiyalı yanaşmadan istifadə edilib. Məhz bunun sayəsində Nissan brendinin iki ən populyar modeli - Juke və Qashqai işıq üzü görüb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Cenevrə avtosalonunda debüt edəcək seriya modeli deyil. Nissan Sway konsepsiyası bütün dünya avtomobil ictimaiyyətinə Nissan şirkəti avtomobillərinin dizayn və texnologiya baxımından hansı istiqamətdə inkişaf edəcəyini nümayiş etdirəcək.

Bir çox mütəxəssislər hesab edir ki, Nissan Sway konsepti ilk növbədə Avropa bazarına ünvanlanacaq yeni şəhər heçbekinin ilkin variantı olacaq.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.