Maraqlı

Tüninqli Porsche 911 - FOTO

6 Dekabr 2014 22:39
0 Şərh     Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tünerlər arasında üstüaçıq Porsche 911 Targa (991) sportkarına ilk müraciət edən TechArt emalatxanasıdır. Tarqa kuzovunda olan ştutqartlı idman avtomobilinin Tehart tərəfindən hazırlanmış versiyası ictimaiyyətə Essen avtoşousunda təqdim edilib. Avtomobil diqqətdən kənarda qalmasın deyə onu yaşıla çalan unikal sarı rənglə rəngləyiblər. Bundan başqa, ikiqapılı sportkarın bəzi kuzov detalları və texniki içliyi də dəyişikliklərə məruz qalıb. Bu barədə Autoevolution dərgisi xəbər verir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil tamamilə başqa ön bamperlə, qabaq optika üçün üstlüklərlə, genişləndirilmiş təkər tağları və yan ətəklər, fərqli arxa görünüş güzgüləri və yenidən işlənmiş arxa bamperlə təchiz edilib. Daha sonra 21 düymlük disklər, qısa yaylar və yeni xaricetmə sistemi quraşdırılıb.

Porsche 911 Targa-nın salonu qara dəri ilə işlənib. Ayaqaltılar və çoxfunksiyalı sükan çarxı üzərində tüninq şirkətinin adı həkk olunub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.