Maraqlı

Bu qadın milyonlarla insanı aldatdı - VİDEO - FOTO

26 Sentyabr 2014 17:21
12 Şərh     Baxış: 12 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-ın Florida ştatında massajçı-terapevt işləyən Jasmin Traydeyvil dünyanın ən unikal qadınlarından biri olduğunu deyir.

Onun unikallığı isə 3 sinəsinin olmasıdır.
 

Fəqət, bu unikallığın, əslində, yalan, uydurma olduğu aşkarlanıb.
 

Milli.Az Entertainment Wise-a istinadən bildirir ki, Jasmin Traydeyvil "Bir həftə içində necə məşhurlaşmalı?" kitabını yaza bilər.

Axı o, gerçəkdən də, internetdə sürətlə populyarlaşdı.
 

Fəqət, ABŞ-ın Florida ştatındakı Tampa şəhərinin hava limanının gömrükçüləri sərnişin Jasmin Traydeyvilin yükünə baxış keçirəndə onun çantasında sinə protezi aşkarlayıblar.
 

Hər şey çox sadə imiş: Jasminin 3-cü sinəsi protezmiş.

Üstəlik, bu qadının əsl adı və soyadı Alişa Hesslerdir.
 

Tanınmış plastik cərrah Mettyu Şulman isə deyib: "Qadına 3-cü sinənin implantasiyası ilə bağlı əməliyyatı heç bir çapıq izi qalmadan aparmaq mümkün deyil. Tam məsuliyyətlə deyirəm ki, bu qız milyonlarla insanı ələ salıb, fırıldaqçılıq edib".
 

"Jasmin Traydeyvil" olduğunu israrla iddia edən Alişa Hessler isə "3 sinə sahibiyəm" deməkdədir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.