İki arvadını öldürmüş Sefer Çalınakı proqramına qonaq çağırması Türkiyənin məşhur aparıcı və müğənnilərindən olan Seda Sayana baha başa gələcək.
Milli.Az AHT-yə istinadən bildirir ki, Seda Sayanla bahəm, onun proqramının nümayiş olunduğu Show TV-yə ünvanlanmış narazılıqlarla tənqidlərin sayı sürətlə artır.
Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyi durumu araşdırmağa başlayıb.
Show TV-nin çox böyük məbləğdə cərimələnəcəyi, yaxud da proqramın qapadılacağı istisna deyil.
Milli.Az