Maraqlı

VW Tiguan 7 nəfərlik olacaq - FOTO

17 İyul 2014 21:37
0 Şərh     Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"VW Tiguan" bazara müxtəlif uzunluqda təkər bazaları olan iki versiya ilə çıxacaq. Bundan əlavə, o, hibrid qurğu hesabına geniş mühərrik qamması və müasir görünüş alacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeni "VW Tiguan"ın qabaritləri standart vəziyyətdə əvvəlki nəslə nisbətən demək olar ki, dəyişməyib. Bu barədə "Autocar" nəşriyyatı VW-dəki mənbəsinə istinadən xəbər verir. Onun təkər bazası indiki kimi 2,6 m-ə yaxın olacaq. Belə krossoverə 5 nəfər minə bilər. 

Lakin indi "VW"-də uzadılmış təkər bazalı modifikasiya üzərində iş gedir və o, 7-yerlik olacaq, daha geniş baqajı alacaq. Belə versiya ilk növbədə ABŞ və Çin üçün nəzərdə tutulsa da, Avropada da satılacaq. Onun köməyi ilə "Volkswagen" markası "Tiguan"ı daha premial model kimi təqdim etmək niyyətindədir.

"VW Tiguan" opsional tam ötürücü və 1.4-dən 2.0-litrə qədər həcmi olan 4-silindrli mühərriklər seçimi (həm benzin, həm də dizel) alacaq. Krossoveri hibrid güc qurğusu ilə təchiz etmək də planlaşdırılır. "Autocar"-ın məlumatına görə, bu, hələlik hazırlıq mərhələsindədir. 

Yeni nəsil "VW Tiguan"-ın debütü gələn ilin payızında keçiriləcək Frankfurt avtosalonunda olacaqdır. 7-yerli versiyanı bir qədər sonra - 2016-cı ildə Detroytdə təqdim edəcəklər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.