Maraqlı

Audi A7 xüsusi versiyalı oldu - FOTO

17 İyul 2014 19:57
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Audi" şirkəti hetçbek "A7 Sportback"-in xüsusi versiyasını - "3.0 TDi competition" buraxdı. Yeniliyi mühərrik qammasında ilk dizel turbo mühərriki olan TDi-ın 25 illik yubileyi münasibətilə hazırlayıblar.

Milli.Az auto.az-a istinadən bildirir ki, hetçbeki təkmilləşdirilmiş 3-litrlik biturbo "altılıqla" təchiz ediblər ki, o, adi "Audi A7"-nin mühərrikindən 7 a.g. çoxdur. İndi bu mühərrik 327 a.g. və 650 Nm fırlanma anı verir. 

Turboyükləyicilər və qaz mexanizmi sayəsində gücü artırmaq mümkün olub. Pedalı cəld sıxdıqda "Overboost" rejimi işə düşür və bu da qısa müddətdə əlavə 20 a.g. verir.

Yenilik ilk yüzlüyü 5,1 saniyəyə yığır ki, bu, 320-güclü dizel "Audi A7"-dən 0,1 saniyə tezdir. 100 km məsafəyə 6,1 litr yanacaq sərf edilir. Xüsusi versiya "S line" paketi, 20 mm aşağı salınmış klirens, 20-düymlük təkər diskləri və qırmızı əyləc supportları alıb. 

Salonda dəri idman oturacaqları, ağac və alüminium əlavələr, kandarlarda isə "quattro" loqotipi peyda olub. Yeniliyin standart ləvazimatlarına diodlu optika daxil edilib, əlavə pul ödədikdə isə matrisalı LED-elementləri olan qabaq optika sifariş etmək olar.

Opsiya qismində naviqator və gecə görünüşü olan MMI multimedia sistemi əldə etmək olar. "Sompetition" versiyasının qiyməti 72 min avrodur. "Audi" avqust ayından sifarişləri qəbul etməyə başlayacaq, ilk müştərilər isə avtomobillərini payızda əldə edəcəklər. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.