Peugeot-dan yeni sedan - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobil yenilənmiş standart komplektasiyaya və yeni əlavə opsiyalara sahib olacaq, güc aqreqatları qammasına isə bu yaxınlarda hazırlanmış mühərrik daxil olacaqdır. Avtomobil Fransanın Renne şəhərindəki zavodda yığılacaq və cari ilin yay mövsümündə satışa çıxarılacaq.
Yeni formalı bamperlər, ensiz radiator barmaqlığı, diodlu qabaq və arxa fənərlər avtomobilin fərqli cəhətlərindəndir. Xarici hissədə, həmçinin xromlaşdırılmış dekorativ elementlər və yüngüllehimli çoxmilli təkərlər görmək olar.
Salonda 7-düymlük sensor ekranı olan multimedia sistemi var və onun vasitəsilə bəzi avadanlıqları idarə etmək olar. İnformasiya-əyləncə sisteminə səyahət üçün "TripAdvisor" və "Michelin Guide" servisləri daxil ediləcək ki, onlar hava, yaxın park yeri və hərəkət istiqamətində olan tıxaclar barədə məlumat verəcək.
Yenilənmiş mərkəzi konsol bir neçə düymədən məhrum olmuş və xırda əşyaları saxlamaq üçün xüsusi yerə malik olmuşdur. Cihazlar paneli daha asan oxunur və proyeksiyalı displey sayəsində indi informasiyanı qabaq şüşəyə ötürmək olar.
Komplektasiyasından asılı olaraq "Peugeot 508" internetə giriş imkanına, JBL audiosistemə, kor zonaları görmə sisteminə, arxa görünüş kamerasına, avtomatik qabaq fənərlərə, 4 zonalı klimat-nəzarət və salona açarsız daxil olma sisteminə malik olacaqdır. Modelin əsasında "Citroen C5"-in şassisi dayanır. Asılqan elə də dəyişilməyib.
Avtomobil 156 a.g. verən 6-pilləli avtomat və ya mexaniki sürət qutusu ilə birgə işləyən 1,6-litrlik benzin THP turbo mühərriklə, 150 və 180 a.g. verən 2,0-litrlik "BlueHDi" turbo dizellərlə, 163 a.g. verən RXH hibrid güc qurğusu olan 2,0-litrlik dizel mühərriki və 37 a.g. verən elektrik mühərriki ilə təchiz edilir.
Bütün mühərriklər "Avro-6" standartlara cavab verir, hibrid isə yalnız elektrik dartmada hərəkət edə bilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.









DİGƏR XƏBƏRLƏR
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Təranənin qızı Suel pilot olacaq - (Video)
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





