Dodge Challenger belə dəyişdi - FOTOSESSİYA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Auto.az-a istinadən bildirir ki, yeni model üzərində işləmədən "Chrysler Group" konserni idman kupesinin eksteryerinin dizaynını və daxili bəzəyini tamamilə dəyişdirməklə hazırkı nəsil avtomobili təkmilləşdirib.
Avtomobilin texniki hissələri və komplektasiyası da yenilənib, bu da idarəetməyə və rahatçılığa müsbət təsir göstərib. Tanış siluetə malik olmaqla və əvvəlki ban elementlərinin əsas hissəsini qoruyub saxlamaqla, sportkar daha cəlbedici olub.
Bu, fərqli radiator barmaqlığı, diodlu "mələk gözlü" qabaq fənərlər, böyüdülmüş havaçıxıntıları və duman əleyhinə fənərləri olan qabaq bamper, yenidən işlənmiş ventilyasiya olunan kapot və diodlu arxa fənərlər sayəsində mümkün olub.
Salonda daha çox dəyişiklik edilib. Burada yeni dizaynlı cihazlar paneli, sürücüyə yaxın yerləşdirilmiş və 8,4-düymlük sensor ekranı olan "Uconnect" informasiya-əyləncə sistemli mərkəzi konsol quraşdırılıb.
İndi avtomobilin 7-düymlük TFT ekranı, yeni multifunksiyalı sükanı, qapı kartları və dəyişilmiş mərkəzi tonneli var. Masl karın ləvazimatlar siyahısına kor zonalara nəzarət sistemi, arxa görünüş kamerası, üzbəüz toqquşma xəbərdarlığı sistemi və adaptiv kruiz-kontrol daxildir.
"Dodge Challenger 2015"-i elektrik sükan gücləndirici, avtomatik 8-pilləli ZF sürət qutusu (bundan əlavə, 6-pilləli mexaniki sürət qutusu da var) və əvvəlki güc qurğuları ilə təchiz ediblər.
Ən güclü modifikasiya 485 a.g. və 644 Nm verən 6,4-litrlik HEMI V8 mühərriki ilə təchiz edilir ki, bu avtomobil 100 km/saata 4 saniyəyə sürətlənir, maksimal sürət isə 293 km/saatdır.
Bir qədər təvazökar versiyaları isə 375 a.g. və 555 Nm verən 5,7-litrlik HEMI V8 ilə təchiz edəcəklər. Ən utancağı isə 305 a.g. verən 3,6-litrlik "altılıq" olacaq.
"HEMI" güc qurğuları olan ən güclü avtomobillər Brembo əyləcləri, 20-düymlük disklər, sürət qutusunun, sükanın və qaz pedalının işinə nəzarət edən sistem alırlar. Opsiya olaraq "Super Track Pak" idman paketi də sifariş etmək olar.
Restaylinq olunmuş "Dodge Challenger"-i Kanadanın Brampton şəhərindəki zavodda yığacaqlar və o payızda satışa çıxarılacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.












DİGƏR XƏBƏRLƏR
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





