Maraqlı

Məşhur aktrisa ikinci dəfə nişanı qaytardı

21 Aprel 2014 13:36
0 Şərh     Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca populyar aktrisa, Hollivud ulduzu Uma Turman 51 yaşlı nişanlısı, fransız multimilyonçu Arki Büssonla münasibətləri kəsib.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 43 yaşlı Uma Turman nişan üzüyünü qaytarıb.
 

Uma Turmanla Arki Büsson ziyafətə birlikdə qatılmalı idilər. Lakin zifayətə Uma Turman tək yollanıb və onun barmağında da nişan üzüyü yoxdu.

Aktrisa indi Nyu-Yorkda, Arki Büsson isə Londonda yaşayırlar.
 

2007-ci ildə görüşməyə başlamış Uma Turman və Arki Büsson nişanlanmışdılar.
Fəqət 2009-cu ildə aktrisa 8 karatlıq brilyant qaşlı üzüyü qaytarmışdı.
 

2012-ci ildə onlar ikinci dəfə nişanlanmış, qeyri-rəsmi nikahda yaşamağa başlamışdılar.

Həmin nikahda Uma Turmanın Rozalinda adlı qızı doğulmuşdu.

Qızı dünyaya gələndən sonra aktrisa nişan üzüyünü əsla barmağından çıxarmamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.