Maraqlı

Məşhur aktrisa oğlu yaşında sevgilisi ilə - FOTO

21 Aprel 2014 14:51
1 Şərh     Baxış: 6 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın ITV telekanalında nümayiş edilmiş "EastEnders" teleserialındakı rolundan sonra daha da məşhurlaşan 41 yaşlı ingilis aktrisa Danniella Vestbruk yeni sevgilisi ilə istirahətdədir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, aktrisa və onun 24 yaşlı sevgilisi Tom Riçardsla birlikdə İspaniyanın Marbelya kurortundadır.
 

1993-cü ildə Daniella Vestbruk müğənni Brayan Harviyə ərə getmiş, 1995-ci ildə boşanmışdı. Bir qədər sonra o, Robert Fernandeslə görüşməyə başlamışdı. Bu əlaqədən 1996-cı ilin noyabrın 23-də Daniellanın oğlu Kay doğulmuşdu.
 

Fernandesdən ayrılandan sonra Vestbruk 1998-ci ildə 8 həftəlik tanışlıqdan sonra sürücü Ben Morqana ərə getmiş, 9 ay sonra boşanmışdı.
 

2001-ci ilin dekabrın 27-də Daniella Vestbruk milyonçu iş adamı Kevin Cenkinsə ərə getmişdi və bu nikahda aktrisanın Codi adlı qızı doğulmuşdu.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.