Maraqlı

Recep İvedik yeni rekord vurdu - FOTO

21 Aprel 2014 11:48
0 Şərh     Baxış: 1 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış aktyorlarından və komiklərindən olan Şahan Gökbaharın rejissoru, həm də baş rol oyunçusu olduğu "Recep İvedik-4" filmi yeni rekord vurub.
 

Bu lent Türkiyə kinematoqrafiya tarixində ən çox baxılan filmə çevrilib.

Milli.Az AHT-yə istinadən bildirir ki, ən yaxın rəqibi "Dügün Dernek" lentini tamaşaçı sayına görə 100 min nəfərlə üstələyən "Recep İvedik 4"ə kinoteatrlarda 7014116 nəfər baxıb.

Nümayiş olunduğu 8 həftədə film 69388622 lirə gəlir əldə edib.
 

Bu pulların hamısına Şahan Gökbahara yiyələndiyini vurğulayan mediaya və çoxsaylı şərhçilərə aktyor Twitter-dəki profilində belə cavab verib: "Kiçik qeyd: kinofilmin nümayişindən əldə edilən gəlirin hamısı prodüserə, rejissora qalmaz.

Studiya, kinoteatrlara ödənişlər, əyləncə vergisi, nazirliyə ödəmələr və s. kimi xərclər var. Üstəlik, pulla bağlı dedi-qodunu sevmərəm. Danışanı da sevmərəm, danışılması da xoşuma gəlməz. Hər kəs alın təri ilə qazanır".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.