Maraqlı

Bu qadının inanılmaz iştahı var - FOTO

21 Aprel 2014 14:00
2 Şərh     Baxış: 2 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu xanım şokoladlı yumurtalar yemək üzrə dünya rekordçusudur. O, 6 dəqiqə ərzində 50 "Creme Egg" yeyib.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Las-Veqas şəhərində yaşayan 28 yaşlı Miko Sudo fenomenal iştaha malikdir. 51 kq çəkisi olan bu xanım üç-dörd nəfərin naharını bir oturuma yeyə bilir.


Miko Sudonun dediyinə görə, dünyanın müxtəlif ölkələrini dolaşır, çeşidli şoulara qatılır və bu minvalla ayda 20 min dollara yaxın pul qazanır.

"Cəmi 6 dəqiqə 15 saniyəyə 50 "Cadbury Creme Egg" yedim. Bu, dünya rekordudur və fəxr edirəm ki, kimsənin əldə etmədiyini nəticəyə nail oldum", - Miki Sudo deyir.


50 şokoladlı yumurta kalori baxımından normal qadının 4 günlük qidasıdır.

Miki Sudonun əvvəlki rekordları 10 dəqiqəyə 120 qızardılmış toyuq qanadının yeyilməsi və ya 4,1 kq ağırlığında qızardılmış dana ətinin 9 dəqiqəyə yeyilməsidir.


Las-Veqasdakı "Heart Attack Grill"də isə o, nəhəng, 9983 kalorilik "Quadruple Bypass Burger"i yeyərək yeni dünya rekordu vurmuş, 100 dollar və böyük hamburger qazanmışdı.


"Axşamlar salat yeməyi sevirəm. 4 kələm, 2 avokado, bir xiyar, göy-göyərti, doğranmış soğan, sarımsaq və qozu qarışdırıb salat hazırlayır, yeyirəm. Tamahım pis deyil", - Miko Sudo deyib.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.