Maraqlı

Qorxulu müalicə: 4 piton üstündə qıvrıldı - FOTO

21 Aprel 2014 11:03
0 Şərh     Baxış: 2 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"4 böyük pitonun üzərimdə qıvrılaraq sürünməsi qorxulu idi. Tərpənə bilmirdim, çünki onların toplam ağırlığı 250 kiloqrama yaxın idi. Sürünəndə dərimi qıdıqlayırdılar. Çox qəribə hisslər keçirdim".


Əslən Şotlandiyanın Helensburq şəhərindən olan, Nyu-Yorkda yaşayan Yan Maklinin sözlərinə görə, sınmış qolunun müalicəsi üçün ilan masajını seçmişdi.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Filippinə yollanmış Yan Maklin ilan masajı salonlarından birinə yollanıb və orada şotland ekspata Birma pitonları vasitəsilə müalicə təklif olunub.


Ekspertlərin dediklərinə görə, ilanların bədəndə qıvrılmaları və sürünmələri insan orqanizmində qorxu nəticəsində adrenalinin miqdarını artırır.

Bu isə bəzi hallarda müəyyən xəstəliklərin müalicəsinə yardım edir.


Filippinlə yanaşı, İndoneziya və Tailandda geniş yayılmış ilan masajı Qərb ölkələrində də populyarlaşmaqdadır.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.