Bizi belə aldatdılar - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az kulis.az-a istinadən bildirir ki, 90-cı illərdə böyük populyarlıq qazanmış, 7 nominasiya üzrə "Oskar" mükafatına layiq görülmüş "Terminator-2" filmi tamaşaçıların ixtiyarına veriləndə, terminator fanatlarının əksəriyyəti 1997-ci ildə Rusiya ilə ABŞ arasında müharibənin başlayacağını gözləyirdilər. Daha sonra həmin filmin üçüncü hissəsi ekranlara çıxanda 2011-ci ildə "Skaynet" in bəşəriyyətə qarşı başlayacağı müharibə də iflasa uğradı.
"Titanik"in qurbanlarından olmuş biznesmen, milyoner yazıçı Con Cekob Astor 1894-cü ildə yazdığı "Başqa dünyalara səyahət" adlı fantastik romanında insanların Saturn planetinə səyahət etməyi haqqında yazır. Lakin 100 ildən artıq zaman keçməsinə baxmayaraq insanların yaxın Mars planetinə səyahəti də mümkün olmayıb.
Yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının sonunda gələcək təsvir edilib. 21-ci əsrin əvvəllərindən söz açan yazıçı ehtimallara söykənərək həmin dövrdə televizorların olmayacağını, insanların pul vahidlərindən istifadə etməyəcəklərini, şahmat oynamayacaqlarını qeyd edir. Hal - hazırda 21-ci əsrdə yaşayan bizlər bu sadalananların hər birindən istifadə edirik, lakin Anar gələcəkdə olacaqları ehtimallar əsasında qeyd etdiyi üçün bu əsərdə yazıçı fantaziyasının reallaşmadığını söyləmək olmaz.
Amma uşaqlıqdan sevə - sevə baxdığımız "Sehirli xalat" filmindəki gələcək qəti şəkildə indiki dövrlə uzlaşmır. İndi nə pionerlər, nə televideofon, nə məktəblilərin Aya ekskursiyası, nə də 2001-ci ildə tikilən "saray" var. Ən əsası isə həmin filmdə 21-ci əsrdə hələ də SSRİ-nin mövcud olduğu göstərilsə də bu gün həmin ittifaq yoxdur.
2007-ci ildə istehsal edilmiş "Mən əfsanəyəm" filminin süjet xəttinə görə 2009-cu ildə xərçəng xəstəliyinin dərmanı tapılır və bir neçə aydan sonra həmin dərmanın tərkibində olan genetik virus nəzarətdən çıxaraq 2012-ci ildə dünya əhalisinin 90 faizini məhv edir, yerdə qalan insanlar isə zombiləşir. Lakin, 2009-cu ildən 5 il keçməsinə baxmayaraq bu dərman hələ də ixtira edilməyib.
"Geri gələcəyə" filmində 2015-ci ildə skeytbordların havada asılı vəziyyətdə hərəkət edəcəkləri, ayaqqabıların bağlarının öz - özünə bağlanacağı, avtomobillərin havada uçacağı təsvir olunsa da dövrümüzdə bunların heç biri reallaşmayıb.
"Los-Ancelesdən qaçış" filmində 2013-cü ildə ABŞ-da totalitar rejim qurulacağı, yeraltı təkanlar nəticəsində Los-Ancles şəhərinin materikdən ayrılaraq adaya çevrilməsi təsvir olunsa da, bu gün bunlardan da heç birinin mövcud olmadığı göz önündədir.
2013-cü illə bağlı daha bir proqnoz 1997-ci ilin istehsalı olan "Poçtalyon" filmində də var. Filmin süjetinə görə 2013-cü ildə baş verəcək nüvə müharibəsi bəşəriyyəti bir çox nailiyyətlərindən məhrum edib insanları ibtidai dövrə qaytaracaq. Reallıqda isə, keçən il belə bir hadisə heç yerdə qeydə alınmamışdır.
Nüvə müharibəsi mövzusunda çəkilmiş daha bir ekran əsəri rejissor Devid De Kotonun 1987-ci ildə çəkdiyi "Kripozoidlər" filmidir. Filmdə 1992-ci ildə baş verəcək nüvə müharibəsindən sonra sağ qalan insanlara mutantlar hücum edir. 1992-ci ildə insanlar nüvə müharibəsini yalnız bir dəfə Ceyms Kameronun "Terminator 2" filmində gördülər.
Gələcəyin təsvir edildiyi daha bir bədii film 2000-ci ildə çəkilmiş "Altıncı gün" filmidir. Bu filmdə insan klonlaşdırılmasnın 2015-ci ildə ən yüksək zirvəyə çatacağından və istənilən insanı klonlaşdırmağın mümkün olacağından bəhs edilir. Amma bunun yaxın bir neçə ildə mövcud olmayacağını asanlıqla söyləmək olar.
Əsrarəngiz kadrlarla tamaşaçıları cəlb edən fantastik filmlərin gələcəklə bağlı verdiyi vədlərə inanmaq lazım deyil. Ümumiyyətlə gələcək haqda fikir söyləmək heç də sadə iş deyil. Hətta Nostradamusun gələcəklə bağlı söylədikləri bəzi fikirlər reallığa çevrilməyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.










DİGƏR XƏBƏRLƏR
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Təranənin qızı Suel pilot olacaq - (Video)
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





