Maraqlı

Həbsxana üçün darıxan amerikalı banka hücum çəkdi

18 Aprel 2014 12:24
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikada məhkəmə ömrünün çox hissəsini həbsxanada keçirən, azadlığa çıxan kimi banka basqın edən şəxsi 3.5 il azadlıqdan məhrum edib.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, 74 yaşlı Volter Anbehaun ötən il azadlığa çıxıb. Bu günlərdə Çikaqodakı banklardan birinə daxil olaraq xəzinədarı silahla hədələyib. 4178 dollar götürərək yaxınlıqdakı motelə gedib. Motelə polis gələndə isə o çox sevinib. İlk sözləri belə olub: "Mən sadəcə evə getmək istəyirəm".

Vəkil ilk olaraq düşünüb ki, girov müqabilində azadlıqda qalmaq istəyir. Sonradan isə məlum olub ki, Volter həbsxanaya geri dönmək istəyir.

Məhkəmədə Volter deyib ki, həbsxanaya dönmək istəyir. Lakin ömrünü orada başa vurmaq istəmir.

Belə bir məqamda məhkəmə dilemma qarşısında qalıb. İttihamçı tərəf bildirib ki, Volterin həbsxanaya göndərilməsi onun üçün cəza deyil, mükafat olacaq. Ancaq azadlıqda daha ağır cinayətlər törədə bilər.

Volter ilk dəfə 23 yaşında oğurluq avtomobil sürdüyü üçün həbsə düşüb. Sonradan isə bir neçə cinayətə görə, o cümlədən həbsdən qaçmaq cəhdinə görə mühakimə olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.