Maraqlı

Chevrolet Corvette Z06 göstərildi - FOTO

18 Aprel 2014 20:38
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Chevrolet" şirkəti 2015-ci model ilinin "yüklənmiş" açıq sportkarı "Corvette Z06 Convertible"-i rəsmən təqdim etdi. Rodster bir çox cəhətdən kupe ilə oxşardır. Onlar yumşaq parça dam və kütlənin artması və konstruksiya dəyişikliyi ilə əlaqədar daha zəif sürət dinamikası ilə fərqlənir. Avtomobilin dünya premyerası 18-27 apreldə keçiriləcək beynəlxalq Nyu-York motorşousu çərçivəsində keçiriləcək. 

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobil 6,2 litrlik mexaniki hava kompressoru olan səkkizsilindrli mühərriklə təchiz olunub. Bu mühərrik 625 a.g. maksimal çixma gücü və 861 Nm fırlanma anı verir. Belə mühərrik ya yeddipilləli mexaniki və ya səkkizpilləli avtomatik sürət qutusu ilə birgə işləyir. 

Qara parça dam bir neçə saniyəyə avtomobilin yük yerinə yığılır. Həm də bunun üçün avtomobili saxlamaq lazım deyil. Sürəti 50 km/saatadək azaltmaq kifayət edir. Oturacaqların arxasında yerləşən qara karbon plankalar rodsterin xarakterik xüsusiyyəti oldu. 

Standart təchizatda sportkar qabaq bamperdə splitter, arxa spoyler, ventilyasiya dəlikləri və böyüdülmüş hava çıxışları olan karbon kapota malikdir. Bundan başqa karbon lifindən hazırlanmış və sıxma gücünü dörd dəfə artıran opsional aerodinamik asma da sifariş vermək olar. 

Rodster qabaq bamperə qapaq, yan ətəklər və arxa spoyler əldə etdi. Bodi-kit qara rəngə boyana və ya rəngsiz lakla örtülə bilər. Z07 paketi ilə avtomobilin aerodinamikasını yaxşılaşdıran daha bir neçə əlavə ban komponentləri sifariş vermək olar. 

Dinamik xarakteristikaları da daxil olmaqla avtomobil haqqında əlavə məlumat yeni "Chevrolet Corvette Z06 Convertible"-in dünya debütündən sonra məlum olacaq. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.