Maraqlı

Porsche-dən eksklüziv dəyişiklik - FOTO

18 Aprel 2014 19:57
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Porsche Exclusive" bölməsi bu dəfə krossover "Macan S"-ə ünvanlanmış növbəti fərdiləşdirmə proqramı təqdim etdi. Əvvəlki layihələrində də olduğu kimi avtomobil kompakt yolsuzluq avtomobilinin eksteryer və interyerinə eksklüzivlik əlavə edən vizual kosmetik yeniliklər əldə etdi. 

Milli.Az auto.az-a istinadən bildirir ki, "Porsche Macan S"-in texniki xüsusiyyətləri seriya modelində olduğu kimi qalıb, standart komplektasiyası isə əlavə seçimlərin daxil edilməsi hesabına daha zəngin olub. Avtomobilin parlaq-göy rəngə boyanmış banı arasında qabaq bamperin qoymaları, yan moldinqlər, pəncərələrin haşiyələri və arxa bamperin diffuzoru da daxil olan qara kontrast aksentlər əldə etdi. 

Ümumi üslubu tündləşdirilmiş optika, tonlaşdırılmış şüşələr və 21-düymlük qara yüngül lehimli Sport Classic diskləri tamamlayır. Krossoverin salonunu qapı kartlarında və cihaz panelindəki göy qoymaları olan qara dəri ilə tikdilər. 340 a.g. verən "Porsche Macan S" baş işığının biksenon fənərləri və sürəti 0-dan 100 km/saata 0,2 saniyəyə 5,2 saniyəyədək azaldan Sport Chrono paketi əldə etdi. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.