Maraqlı

Məşhur xanımın ailəsi dağılır - FOTO

7 Aprel 2014 13:47
3 Şərh     Baxış: 6 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyalı supermodel Adriana Lima boşanmağa hazırlaşır.


32 yaşlı supermodel "Interview Germany" jurnalı üçün qara-ağ sessiyada açıq-saçıq pozalarda olmuşdu.


Milli.Az AHT-yə istinadən bildirir ki, "Superqadın" adlı həmin sessiyanın müəllifi Robbi Fimsanodur.

Mediada yer almış xəbərlərdə deyilirdi ki, fotosessiyaya görə Adriana ilə əri Marko Jariç arasında kəskin mübahisə düşüb. Arvadını qısqanan Jariçin dava saldığı da deyilirdi.


Lakin indi məlum olur ki, hər şey tərsinə olub.


Reklam çəkilişləri üçün İstanbulda olan Adriana Lima 4 gün ərzində oteldən kənara çıxmayıb.


O, bildirib ki, ərinin xəyanətlərinə artıq dözə bilmir.


"Markonun mənə bir dəfə xəyanət etdiyini düşünürdüm. Lakin xəyanətlər çoxmuş. Boşanmağı düşünürəm. Çünki ərimin başqa qadınlardan uşaqlarının olduğunu da öyrənmişəm", - Adriana Lima bildirib.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.