Maraqlı

Xəmir yoğurmaq istəməyən...

5 Aprel 2014 17:27
0 Şərh     Baxış: 1 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kulis.az-a istinadən  Avropa ölkələrinə aid atalar sözlərini təqdim edir

Almaniya:

- Borc alan, azadlığını satar.

- Etimad idarəyə maneə deyil.

- Əldəki sərçə, damdakı göyərçindən yaxşıdır.

- Xahiş daim isti, təşəkkür daim soyuqdur.

- Qədəh içində dərədə boğulanlardan çox daha çox insan boğulmuşdur.

- Qorxaq olduğunu bilməyən hər kəs cəsurdur.

- İşləmək çörək, tənbəllik qıtlıq gətirər.

- Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar.

- Qarğalarla dostluq edən göyərçinin tükləri ağ qalar, amma ürəyi qaralar.

- Paylaşdığın sevinc iki qatına çıxar.

- Tanrı qarışqanı yox etmək istəsə, ona qanad taxar.

- Təhsil azadlığa aparar.

- Təhsilsiz insan, cilasız aynaya bənzər.

İsveç:

- Bəxtin ömrü sobanın üstündəki qartopunun ömrü qədərdir.

İtalyan:

- Aslan olaraq bir gün yaşamaq qoyun olaraq min il yaşamaqdan daha yaxşıdır.

- Dinləməkdən ağıl, söyləməkdən peşmanlıq doğular.

- Dost tapan, xəzinə tapmışdır.

- Qadın, kitab, at borc verilməz.

- Ehtiyac duyulan yoldaş gerçək yoldaşdır.

- Evlənmək üçün qürbətə gedən ya aldadacaq, ya aldanacaq.

- Qadın, kitab, at borc verilməz.

- Qartal üçün bir göyərçini məğlub etmək bir şərəf deyil.

- Qumarda itirən eşqdə qazanar.

- Min dənə ehtimal tək bir doğru belə etməz.

- Məni dostlarımdan Tanrım qorusun, düşmənlərimdən mən özümü qoruyaram.

Belçika:

- Həqiqi sevgi ayrılıqda unudulmaz.

Uels:

- Qala divarlarının ardında cəsur olmaq asandır.

- Müharibədə hirs də cəsarət qədər yaxşıdır.

Yunanıstan:

- Acmayan insan, çörəyin nə olduğunu bilməz.

- Allah insanı cəzalandırmaq istəyəndə, əvvəl ağlını alır.

- Fürsət ağıllı adamlar üçün pilləkəndir.

- Xəmir yoğurmaq istəməyən, beş gün un ələyər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.