Maraqlı

Tanış olun: BMW M4 - FOTO

5 Aprel 2014 17:06
0 Şərh     Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çoxdan gözlənilən M4 kabrioleti Nyu Yorkda podiuma çıxacaq - yerli avtoşou artıq aprelin 16-dan işə başlayır. Onda M3 kabrioletinə nisbətən iki silindr azdr. Amma o daha çox gücə və daha az çəkiyə sahibdir. Ümumiyyətlə isə M3 kabrioleti M4 kupedən ağırdır və 1 839 kq çəkiyə malikdir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, üstüaçıq M4 3,0 litrlik bir cərgə 6-silindrli korporativ turbo mühərriklə təchiz ediləcək. O 425 a.g. və 500 Nm fırlanma anı hasil etmək imkanındadır.

Rəsmi məlumatlara əsasən, əgər bu mühərrik mexaniki 6-pilləli ötürücü qutu ilə birləşdirilsə (bəli, o hələ də əlçatandır) 100 km/saat sürətlənməyə 4,6 saniyə vaxt sərf edəcək. Arzu edənlər üçün avtomat ötürücü qutu da mümkündür. Onunla 100 km/saat sürətlənmə üçün 4,4 saniyə kifayət edəcək. Hər iki variant 250 km/saat maksimal surət həddində elektron məhdudlaşdırılacaq.

Qatlanan tavana gəlincə, onun mexanizmi 20 saniyə ərzində öz tapşırığının öhdəsindən gəlir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.