Maraqlı

50 milyon dollarlıq üzük itib

2 Aprel 2014 12:24
2 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Cenevrə şəhərində polis ötən ilin sentyabrından bəri yoxa çıxmış çəhrayı almaz qaşlı üzüyü axtarır. Üzüyün dəyəri 50 milyon dollardır.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, üzüyün sahibi, Qvineyadakı almaz satışı ilə məşğul olan "Silla Diamond International" şirkətinin sahibi Silla Mussanın dediyinə görə, üzüyü Cenevrədəki "Malca-Amit" şirkətinin depozit seyfinə qoyub.
 

Fəqət sonradan o, 50,66 karatlıq qaşa malik üzüyünü tapmayıb.
 

"Ötən ilin sentyabrında Cenevrəyə yollandım, seyfi açdım. Depozit seyfində üzük yoxdu. Mənə dedilər ki, üzüyü Cənubi Afrikadan olan bir ekspertə baxmaq üçün veriblər. Lakin sonra anladım ki, üzük yoxa çıxıb", - S.Mussa deyib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.