Maraqlı

Əxlaqsız qadın onu soydu, o isə...

2 Aprel 2014 15:18
0 Şərh     Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Küçədən keçərkən səkidə duran əxlaqsız qadını avtomobilinə oturdan adam çantası oğurlanandan sonra fahişəliyin qanuniləşdirilməsini tələb edib.


Milli.Az AHT-yə istinadən bildirir ki, London sakini, 65 yaşlı Artur Uotsonun fikrincə, ölkədə fahişəlik mütləq şəkildə leqallaşdırılmalıdır.

Təqaüdçü, arvadını boşamış 65 yaşlı A.Uotson deyir: "Həmin gecə evə gedəndə səkidə bir əxlaqsız qadın gördüm. Onu maşına oturtdum. Evə aparmaq istəyirdim. Sonra fikri dəyişdim, qadını maşından düşürdüm. Sən demə, həmin qadın maşındakı çantamı da oğurlayaraq aparıb. Qadını tapmağa çalışdım, alınmadı".


Uotson polisə şikayət edib. Fahişə qadının axtarışlarında Uotson polisə qoşulub.


Bir müddət sonra qadın tapılıb.


"Qadın dedi ki, maşına minməzdən əvvəl avtomobilimdə çantanın olduğunu bilirmiş. O qadın çox ağır həyat yaşayırmış. Ona görə də hesab edirəm ki, fahişəlik leqallaşmalı, bu qadınlar daha təhlükəsiz şəraitdə çalışmalıdır", - A.Uotson deyib.


Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.