Maraqlı

Buna artıq öyrəşməliyik - FOTO

31 Mart 2014 20:00
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Beynəlxalq eskpertlər qrupu (IPCC) iqlim dəyişiklikləri barədə yeni hesabat hazırlayıblar. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 309 nəfər müəllifin hazırladığı 200 səhifəlik hesabatda maraqlı məqamlar yer alıb.

Hesabatda deyilir ki, bəşəriyyət bundan sonra da yaşamaq və təbii təhlükələri dəf etmək istəyirsə, etibarlı cəmiyyət formalaşmalıdır.

Bu hesabatda hansı fəlakətlərin baş verəcəyindən daha çox insanın iqlim dəyişikliyinə necə öyrəşəcəyi prioritet olub. Baş verə biləcək təbii fəlakətlərin nə vaxt və necə baş verəcəyi proqnozlaşdırımayıb. Əvəzində isə istənilən fəlakətə hazır olmaq tövsiyə edilib.

Bununla belə, hesabatın bəzi yerlərində qeyd olunur ki, Afrikada yağıntıların miqdarı artacaq, Avropa istiləşəcək, Avstraliyada isə quraqlıq olacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.