Maraqlı

Elton Con ərə gedir

31 Mart 2014 12:45
56 Şərh     Baxış: 7 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur müğənni və bəstəkarlarından biri, ingilis Elton Con qeyri-rəsmi nikahda yaşadığı Devid Fernişlə münasibətlərini rəsmiləşdirmək niyyətindədir.
 

Milli.Az Agence France-Presse-ə istinadən bildirir ki, Elton Conun dediyinə görə, toy may ayında olacaq.
 

"Britaniyada eyni cinsdən olan insanların nikahlarına artıq icazə verildiyi üçün biz də toy edəcəyik. Kiçik, sadə toyda mən gəlin, Devid bəy olacaq. Münasibətlərimiz başlayandan bəri Britaniyanın müvafiq qanunvericiliyindəki dəyişiklikləri izləyirdik. Bu dəyişikliklərə görə ölkəmlə fəxr edirəm", - Elton Con deyib.
 

Elton Con və Devid Fernişin qeyri-rəsmi nikahda iki övladları var. Zakari Elayca adlı oğlanları surroqat analar doğublar.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.