Maraqlı

50 yaşlı Bred Pitt qocalmaq bilmir - FOTO

31 Mart 2014 16:35
0 Şərh     Baxış: 1 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktyor, Hollivud ulduzu Bred Pittin 50 yaşı olsa da, o, sanki zamana meydan oxuyur. O, yaşına rəğmən çox gənc görünür.


Tanınmış aktyor dünən Fransada idi. Pitt xaki rəngli şalvar, gödəkçə və ayaqqabı geyinmişdi.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Pittin qeyri-rəsmi nikahda olduğu xanımı, aktrisa Ancelina Coli isə Britaniyanın XİN başçısı ilə birlikdə Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoda olub.


Bundan əvvəl isə reportyorlar A.Colini 12 yaşlı oğlu Meddoks və 9 yaşlı qızı Zahara ilə birlikdə Los-Anceles hava limanında görüblər.


Pittin dediyinə görə, bu ilin sonunadək Ancelina Coli ilə nikaha girmək niyyətindədir. Toy Fransanın cənubundakı qəsrlərdən birində olacaq.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.