Maraqlı

Yay vaxtına keçid günü dizə qədər qar?

31 Mart 2014 10:16
0 Şərh     Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbiətdə misli görünməmiş anomaliyalar barədə bilmədiklərimiz...

Martın 30-da Azərbaycanda yay vaxtına keçidlə havaların kəskin soyuması bir oldu. Paytaxtda temperaturun kəskin olaraq 1 dərəcəyə düşməsi, bəzi bölgələrdə isə qar yağması, yolların buz bağlaması əhalini də pessimistləşdirdi.

Bu pessimizm ilk növbədə yayda meyvə bazarının "od tutub yanacağı" ilə bağlı fikirləri gücləndirdi. Amma bununla paralel bunu təbiət anomaliyası kimi də qiymətləndirənlər oldu. Məlum, fevralın ortasından etibarən bəzi yerlərdə ağacların çiçək açması başlamışdı. Qışda bahar, baharda qış? Bu, Azərbaycan insanını xeyli narahat etsə də, əslində buna anomaliya demək digər təbiət anomaliyalarına "ədalətsizlik"dir.

9 təbiət anomaliyası...


Milli.Az bildirir ki, "Yeni Müsavat" təbiətdə baş verən qəribə hadisələrin, anomaliyaların siyahısını hazırlayıb.

Öncə təbiət anomaliyaları haqqında bütün elmi ədəbiyyatlarda özünə yer tapan siyahı, yəni 9 faktla bağlı məlumatlar.

1. Çində qışda - 30 dərəcədə donmayan şəlaləli bir çay var. Lakin yayın ortasında, bu axın naməlum səbəblərdən qurumağa başlayır.

2. Qazaxıstanın Taldıkurqansk bölgəsində yerləşən tamamilə kiçik (100 x 60 m) su nohuru, heç vaxt qurumur və suyu da yayın qızmarında belə, buz kimi olur. Orada nə balıqlar yaşayır, nə də su yosunları yetişir. Həmin yerdə dəqiq təhqiqatlar aparılmayıb, belə ki, dalğıclar, hətta tam dolu hava balonu ilə belə 3 dəqiqədən sonra boğulmağa başlayırlar.

3. Düşən quşlar vadisi Hindistanın Assam ştatının dağlarında yerləşir. Hər il avqust ayında gecə yarısı göydən yerə quşlar düşməyə başlayır. Həmin vaxt quşlar yarıbihuş halda olurlar və hətta onları ələ götürəndə xilas olmağa belə cəhd göstərmirlər.

4. Vulemi qədim vaxtlardan qalan bitkidir. Mövcudluq faktı uzun müddət Avstraliyanın dövlət sirri olub. Bu, yaşı 150 milyon ilə yaxın kimi hesablanmış şam ağacıdır.

5. Şimal Buzlu Okeanı və Antraktidada təhqiqat aparan alimlər təəccüblə aşkar ediblər ki, onların konturları praktiki olaraq eynidir. Ehtimal olunur ki, meteoritin düşməsi nəticəsində, Antraktida materiki sanki planetin digər tərəfindən "sıxılıb". Bu fantastik fərziyyə bu gün heç də az olmayan tərəfdarlara malikdir.

6. Kano Sporları - bu, mikrobioloq Raul Kanonun kəhrəba parçasında aşkar etdiyi, sağ qalmış mikroorqanizmlərdir. Təəccüblüdür ki, sporlar qətrana 25 milyon il əvvəl düşüb.

7. Roma yaxınlığında iridium (az tapılan kimyəvi maddə) anomaliyası mövcuddur.

İridiumun oradakı miqdarı normadan 300 dəfə artıqdır. Qat, geoloji sərhədə müvafiq olaraq, mezozoy və kaynozoy eraları arasından - dinozavrlar məhv olan dövrdən dərinlikdə yatıb qalıb. Elə bu cür anomaliyalar Danimarkada, İspaniyada və Xəzər dənizi sahillərində tapılmışdır. Mümkündür ki, bu enmiş meteoritin izləridir.

8. "Şimşək talası" adlanan bir təzahür də mövcuddur. Bu, yerə şimşək düşdükdən sonra əmələ gələn, yüksək gərginlik zonasıdır. Oradan keçməyə çalışan şəxs ölə bilər. Xoşbəxtlikdən, şimşəyin düşdüyü yerdəki energetik qıfabənzər çuxur ancaq bir neçə dəqiqə mövcud olur.

9. "Drossolides" - yunan dilindən tərcümədə "su damlaları" mənasını verir. Bu adla, müntəzəm olaraq yayın ortalarında adətən sübh çağları, havada duman damlalara çevriləndə Krit adalarında müşahidə edilən gözəgörünmələr adlandırılıb. Çoxsaylı müşahidəçilər gözləri önündə, Frank-Kastello qalasının yaxınlığında, dənizin üzərində böyük döyüş səhnəsi baş verdiyini təsvir edirlər. Qışqırıqlar və silah cingiltiləri eşidilir. İlğım yavaş-yavaş dəniz tərəfdən hərəkət edib, qalanın divarları arasında yox olur. Tarixçilər deyir ki, bu yerdə təxminən 150 il əvvəl türklər və yunanlar arasında döyüş baş verib. Bu döyüşün guya ki, zaman arasında yolunu itirmiş, azmış təsviri, sahildə, Frank-Kastello qalasının qarşısında baş verir.

Milyonlarla quş bir yerə yığışıb qəribə şəkildə uçur

Digər bəzi faktları da yada salaq. Danimarkada hər yazda, günəşin batmasına təxminən yarım saat qalmış, milyonlarla quş bir yerə yığışıb, səmada inanılmaz şəkillər yaradaraq uçur. Mart ayından aprelin ortalarına qədər, hər axşam günün batmasına yarım saat qalmış bir yerə yığışan milyonlarla quşun hansı səbəbdən belə davrandığını elm adamları tam olaraq açıqlaya bilmirlər.

ABŞ-ın Kaliforniya ilə Nevada ştatlarının sərhədində olan Death Valley (Ölüm Vadisi), "hərəkət edən daşları" ilə illərdir elm adamlarının marağına səbəb olur. Günlərlə aparılan müşahidələrə baxmayaraq daşların necə yer dəyişdirməsi izah oluna bilmir. Bəzilərinin fikrincə, külək daşların qum üzərində sürüşmələrinə səbəb olur. Ancaq yüzlərlə kiloluq daşları hərəkət etdirəcək gücdə küləyin burada olmaması alimləri yenidən araşdırmalar aparmağa sövq edir. Həmçinin eyni nöqtədən hərəkət etməyə başlayan daşların necə olub da fərqli istiqamətlərə yönəldiklərini kimsə açıqlaya bilmir.

İki ay boyunca yağan qırmızı yağış...


2001-ci ildə, 25 iyuldan 23 sentyabra qədər Hindistanın Kerala bölgəsinə yağan hər yağış qırmızı rəngdə oldu.

Bölgə xalqının ənənəvi olaraq geyindiyi ağ rəngdəki paltarlarda isə yağış qan qırmızısına yaxın bir rəngə çevrildi. Hindistan hökumətinin göstərişi ilə hadisənin səbəbləri araşdırılmağa başlanıldı. İlkin fərziyyələrə görə, Hind okeanında yaranan mikroskopik qırmızı yosunların buna səbəb ola biləcəyi açıqlandı. Ancaq 2006-cı ildə hadisələrlə əlaqədar araşdırmalarını davam etdirən Mahatma Qandi Universitetindən 2 alim Godfrey Luis və Santhosh Kumar belə nəticəyə gəldilər ki, bizim dünyadan xaric hüceyrələrin atmosferdə yaratdığı izotopik reaksiyalar buna səbəb olması olub.

Bitməyən fırtına: Venesuelada Catatumbo çayı ilə Marakaibo gölünün qovuşduğu yerdə ilin 140-160 gecəsində 10 saat davam edən şimşək çaxması olur. Bu bölgə dünyada ozon yaradan tək bölgədir və şimşəklərin çaxması 400 km məsafədən də müşahidə oluna bilər.

Mavi günəş, yoxsa buz halqası - hansı daha dəhşətlidir?

Dağınıq göy qurşağı: ABŞ-ın İdaho ştatında göy qurşağı fərqli formada görünür. Başqa qurşaqlardan fərqli olaraq burada qurşaq dağınıq formada yığışır. Alimlərin fikrinə görə, Günəş 52-ci dərəcədə olanda cirus buludları yaranır. Bu buludlar su kristallarından ibarət olduğu üçün Günəş şüası onlardan keçəndə belə qurşaq yaranır.

Mamatus buludları: bu buludlar elə bil aşağıya doğru sallanıb. Hərəkətsiz görünsə də, hərəkət edən buludlardandır.

Penitentes: fərqli formada olan buz dağları. Buz dağlarının bu formaya necə düşdükləri məlum deyil. Ehtimala görə, günəş şüalarının buzlaqlara təsiri nəticəsində yaranıb.
Şeytan burulğanı: digər burulğanlardan fərqli olaraq alovlardan ibarət olan və bir neçə metr yüksəkliyə qalxa bilən burulğan bir neçə dəqiqə davam edir.

Buz halqası: Sibir kimi soyuq ərazidə yaranması müəmmalıdır.

Mavi Günəş: 14 dekabr 2006-cı ildə Misirin paytaxtı Qahirə şəhərində kameralara düşən kadrlarda təxminən 15 dəqiqə Günəşin mavi rəngdə olması müşahidə olunub. Fiziklər tərəfindən aparılan araşdırmalar nəticəsiz qalıb. İndiyədək Mavi Günəş 5 dəfə görünüb. Axırıncı analoji hadisə 1950-ci ildə Şotlandiyanın Edinburq şəhərində qeydə alınıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.